Rusiyanın sülh danışıqları zamanı Ukraynaya qarşı irəli sürdüyü tələblər absurddur, halbuki, danışıqlar qrupunun əsas məqsədi atəşkəsin əldə olunmasını təmin etmək olmalıdır. Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclası ərəfəsində bildirib. "Mən Rusiyanın tələblərini ciddi hesab etmirəm. Onların irəli sürdüyü tələblər absurddur. Buna görə də, əgər bu, sadəcə müharibəni davam etdirmək və mümkün qədər çox dağıntı törətmək üçün bir bəhanədirsə, biz israr etməliyik ki, danışıqlar qrupu — kim olmasından asılı olmayaraq — atəşkəsə nail olmağı prioritet hesab etsin", — deyə Kallas bildirib.
Kallas onu da bildirib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə birlikdə "Rusiyanın özünün irəli sürdüyü maksimal tələblərə cavab olaraq maksimal tələblər" siyahısı hazırlayıb. Bu siyahıya, digər məsələlərlə yanaşı, Rusiya qoşunlarının hazırda hərbi mövcudluğunu saxladığı bütün ölkələrdən çıxarılması da daxildir.
SAMİRƏ