Yeni Partiyanın "Türkiyə özünü yeniləyir" şüarı altında Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayının ikinci günündə sədr Özgür Özəl tərəfindən təklif olunan 160 nəfərlik Partiya Məclisi (PM) və 15 nəfərlik Yüksək İntizam Şurası (YDK) siyahıları seçilib. Qurultayda ümumilikdə 1202 partiya nümayəndəsi səs verib. PM siyahısı, etibarlı hesab edilən 1116 səsdən 1098-ni toplayaraq seçilib. Öncəki iclasda PM üzvlərinin sayı yalnız bir qurultay müddəti ilə məhdudlaşmaq şərtilə 80-dən 150-yə qaldırılmışdısa, son qəbul edilən qərarla bu rəqəm 160-a çatdırılıb. Bundan əlavə, PM daxilində yaradılmış Siyasət İnkişaf Qrupunun üzvlərinin sayı da "yüksək tələbat" əsas gətirilərək 30-dan 40-a artırılıb. PM siyahısı 40 nəfərlik Siyasət İnkişaf Qrupu, parlament fraksiyası rəhbərliyində və ya Böyük Millət Məclisinin Rəyasət Heyətində təmsil olunanlar istisna olmaqla, parlament üzvlərindən ibarət 77 nəfərlik "Qanunvericilik Qrupu" və 43 nəfərlik Partiya Təşkilatlanma Qrupundan ibarətdir.
SAMİRƏ