Cümə günü, 13 noyabr 2026
     

Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

Image


"Bir dəfə iş görüşməsində mənə dedilər ki, iş yerin rəsmi olacaq, maaşın kartına köçürüləcək. Mən də zarafatla dedim ki, gəlin əmək kitabçasını kənara qoyaq, ona ayıracağınız vəsaitin yarısını mənə verin, qeydiyyatsız da işləyərəm. Bu gün 50 manat artıq almaq mənim üçün 65 yaşımdan sonra pensiyama əlavə olunacaq puldan daha sərfəlidir". Bunu "Azadlıq" radiosuna 10 ilə yaxın Azərbaycanda müxtəlif müəssisələrdə çalışmış Səməd Şıxı deyir.

Ölkədə yaşadığı illərdə fərqli sahələrdə işləyən Səməd bildirir ki, çalışdığı yerlərin əksəriyyətində onunla əmək müqaviləsi bağlanmayıb. İşə qəbul zamanı isə rəsmi qeydiyyatın olmayacağı əvvəlcədən deyilib: "Bir müddətdən sonra iş görüşmələrində heç soruşmurdum ki, işim rəsmi olacaq, yoxsa yox, maaşım kartla veriləcək, yoxsa "paket"lə. Çünki başa düşürsən ki, bu bazarda işləyib pul qazanmaq istəyirsənsə, mövcud qaydalara uyğunlaşmalısan. Artıq işlədiyin müddətin əmək kitabçana yazılıb-yazılmayacağını, pensiya fonduna pul köçürülüb-köçürülməyəcəyini düşünmürsən. İşçilərin çoxu buna əhəmiyyət vermir, çünki gələcəklə bağlı böyük gözləntiləri yoxdur. İndiki pensiyaçıların aldığı məbləğə baxıb düşünürlər ki, 60-70 yaşlarında alacaqları pula görə bugünkü güzəranlarını daha da çətinləşdirməyə dəyməz". Azərbaycanda bəzi işçilərlə ümumiyyətlə əmək müqaviləsi bağlanmır, bəzilərinin isə rəsmi maaşı real qazancından az göstərilir. İkinci halda əməkhaqqının bir hissəsi bank hesabına, qalanı isə nağd və qeyri-rəsmi şəkildə ödənilir. El arasında bu təcrübəyə "paket maaş" deyilir. Ölkədə maaşların gizlədilməsinin qarşısını almaq üçün yeni elektron mexanizm hazırlanır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib ki, yeni sistem maaş və digər ödənişləri elektron qaydada izləməyə imkan verəcək. Bu qaydaya görə, maaşlar nazirliyin bazasındakı məlumatlar əsasında Mərkəzi Bankın seçdiyi elektron ödəniş sistemi ilə köçürüləcək. İşçilər isə maaşlarını almaq istədikləri bankı özləri seçə biləcəklər. Nazir müavininin sözlərinə görə, məqsəd təkcə müqavilədə yazılan məbləği deyil, işçiyə real ödənilən pulu da izləməkdir: "Nəticədə əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya bir hissəsinin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi yaradılacaq".

Hesab edilir ki, yeni mexanizm "paket maaş" hallarını azaltmaq üçün mühüm addım ola bilər. Maaşlar tam rəsmiləşdirilsə, işçilərin pensiya kapitalı artacaq və gələcək sosial təminatı yaxşılaşacaq. Amma sistemin uğuru onun necə işləyəcəyindən asılıdır. Çünki elektron nəzarət qeyri-rəsmi ödənişlərin bir hissəsini üzə çıxarsa da, əlavə addımlara ehtiyac qalacaq. Ölkədə maaşının bir hissəsini qeyri-rəsmi alanların dəqiq sayı bilinmir. Dövlət Statistika Komitəsinin 2026-cı ilin oktyabrına olan məlumatına görə, Azərbaycanda muzdla çalışan 1 milyon 776.8 min nəfərin 942.6 mini özəl sektorda işləyir. Halbuki, ümumi məşğul əhalinin sayı 5.1 milyon nəfərdən çoxdur. Bu rəqəmlər göstərir ki, işləyən əhalinin cəmi 35 faizi muzdlu işçi kimi rəsmiləşdirilib. Qalan hissəyə isə özünüməşğul şəxslər və fərdi sahibkarlar da daxildir. Milli Məclisin komitə iclasında deputat Vüqar Bayramov deyib ki, məşğul əhalinin qalan 65 faizi əmək müqaviləsi olmadan çalışır. Onun sözlərinə görə, məhz buna görə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması üçün yeni dəyişikliklər vacibdir. Müstəqil iqtisadçılar hesab edir ki, tikinti, iaşə və ticarət kimi gəlirli sahələrdə maaşların kütləvi şəkildə minimum yazılması qazancın çox hissəsinin "paket"lə verildiyini göstərir. İqtisadçı Rəşad Həsənov deyir ki, maaşların olduğundan az yazılması daha çox özəl sektorda olur və müqavilələrin 40 faizindən çoxunda buna rast gəlmək olar: "Dəqiq rəqəm demək çətindir, amma söhbət kifayət qədər böyük göstəricidən gedir".

Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə Azərbaycan hesabatında da qeyri-rəsmi məşğulluq ciddi problem kimi vurğulanır: hesabatda bildirilir ki, rəsmi əmək müqaviləsi olanlar özəl sektorda çalışanların cəmi 23 faizini təşkil edir. Bu isə özəl sektordakı işçilərin təxminən 77 faizinin müqaviləsiz işləməsi deməkdir. Fondun hesablamalarına əsasən, ölkədə kölgə iqtisadiyyatının həcmi ÜDM-in təxminən 50 faizinə bərabərdir. İqtisadçı R.Həsənov düşünür ki, təklif olunan yeni sistem qeyri-rəsmi maaşları leqallaşdırmaqdan çox, mövcud müqavilələr üzrə ödənişlərə nəzarət edəcək. Sistem işçilərə maaşı istədikləri bankdan almaq imkanı verəcək və müqavilədəki məbləğlə bank köçürmələrinin uyğunluğunu yoxlayacaq: "Bu mexanizm nə "paket maaş"ın qanuniləşdirilməsi üçün hər hansı tələb qoyur, nə də işəgötürənin maaşı minimum həddə göstərməsinin qarşısını alır". Həsənovun fikrincə, maaşların tam rəsmiləşdirilməsi işçinin sosial müdafiəsini gücləndirsə də, mənfi tərəfləri də ola bilər. Belə ki, rəsmi ödənişlərə görə işəgötürənin vergi və sosial sığorta xərcləri artarsa, bəzi şirkətlər bu yükü işçinin üzərinə yıxmağa çalışa bilər: "Əmək bazarında rəqabətin kəskinliyini, işsizliyi, orta və yüksək maaşlı iş yerlərinin azlığını nəzərə alsaq, bu vəziyyət işçinin əlinə çatan xalis maaşın azalmasına gətirib çıxara bilər".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ