Cümə axşamı günü, 12 noyabr 2026
     

Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

Image


Akif Nəsirli: “Neft və qaz hasilatında baş verən nisbi azalma belə ümumi sənaye göstəricisinə ciddi mənfi təsir göstərir”

Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 11-də açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında sənaye sektorunda 58 milyard 539.6 milyon manat dəyərində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azdır. Amma sənayedən fərqli olaraq, ümumi daxili məhsulda qismən də olsa, artım müşahidə olunur.

Maraqlıdır, Azərbaycan sənayesi niyə kiçilir? Axı ölkədə sənaye parklarında, işğaldan azad edilmiş rayonlarda bir sıra sənaye, emal müəssisələri açılır. Qeyri-neft sektorunun payı artır.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisadçı-ekspert Akif Nəsirli sənayenin kiçilməsini bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycan sənayesində qeydə alınan 0,7 faizlik azalma ilk baxışdan iqtisadiyyatda geriləmə təsiri bağışlasa da, bu göstəricini ölkənin ümumi iqtisadi vəziyyətinin pisləşməsi kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ sənaye istehsalının strukturuna və ayrı-ayrı sahələrdə baş verən dəyişikliklərə diqqət yetirməkdir. Çünki Azərbaycanın sənaye sektorunda hələ də neft-qaz hasilatının çəkisi kifayət qədər böyükdür. Bu səbəbdən neft və qaz hasilatında baş verən nisbi azalma belə ümumi sənaye göstəricisinə ciddi mənfi təsir göstərir. Digər tərəfdən, sənaye istehsalı ilə ümumi daxili məhsul eyni anlayış deyil. ÜDM iqtisadiyyatın bütün sahələrində yaradılan əlavə dəyəri əhatə edir. Buraya sənaye ilə yanaşı, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat, rabitə, turizm və digər xidmət sahələri də daxildir. Ona görə də sənayedə azalma olduğu halda iqtisadiyyatın digər sahələrindəki artım hesabına ümumi ÜDM-in yüksəlməsi mümkündür. Yəni bu iki göstərici arasında mütləq paralellik olmalıdır deyə bir qayda yoxdur.

Bu məsələdə ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın qeyri-neft sənayesi böyüyür, lakin bu artım neft-qaz sektorundakı azalmanı tam kompensasiya edə bilmir. Dövlət Statistika Komitəsinin noyabrın 11-də açıqladığı məlumatlar da bunu təsdiqləyir. Belə ki, yanvar-oktyabr aylarında qeyri-neft-qaz sənayesində istehsal 4,8 faiz artaraq 18 milyard 500,7 milyon manata çatıb. Deməli, sənayenin bütün sahələrində geriləmə yoxdur. Əksinə, emal və qeyri-neft istehsalında müsbət dinamika müşahidə edilir. Ancaq sənayenin ümumi nəticəsinə təsir göstərən əsas amillərdən biri ənənəvi hasilat sektorundakı vəziyyətdir. Azərbaycan sənayesinin əsas problemlərindən biri uzun illər ərzində formalaşmış neft-qaz asılılığıdır. Ölkənin sənaye istehsalında hasilat sektorunun çəkisi böyükdür. Neft hasilatında azalma və ya əvvəlki istehsal səviyyəsinin qorunub saxlanılmasında çətinliklər yarandıqda bu, ümumi sənaye göstəricilərinə birbaşa təsir edir. Çünki yeni yaradılan qeyri-neft müəssisələrinin istehsal həcmi hələlik neft-qaz sektorunun ümumi sənaye göstəricilərindəki çəkisini kompensasiya edəcək səviyyədə deyil. Başqa sözlə, bir neçə yeni zavodun açılması bütövlükdə sənayenin artması demək deyil. Həmin müəssisələrin istehsal gücü, faktiki buraxılış həcmi və iqtisadiyyatda yaratdığı əlavə dəyər də nəzərə alınmalıdır”.

A.Nəsirlinin fikrincə, digər mühüm məsələ sənaye parklarının fəaliyyəti ilə bağlıdır: “Son illər Azərbaycanda sənaye parklarının yaradılmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına, işğaldan azad edilmiş ərazilərdə istehsal infrastrukturunun qurulmasına ciddi investisiyalar yönəldilir. Bu, şübhəsiz ki, iqtisadiyyatın şaxələndirilməsi baxımından müsbət prosesdir. Ancaq sənaye parkının yaradılması və ya zavodun açılışı ilə həmin müəssisənin tam istehsal gücü ilə işləməsi arasında müəyyən zaman fərqi olur. Müəssisənin istehsal prosesini qurması, xammal və material təminatını təşkil etməsi, bazar tapması, məhsulunun satışını həyata keçirməsi müəyyən vaxt tələb edir. Burada başqa bir problem də var. Sənaye müəssisələrinin bir hissəsi istehsal prosesində xaricdən gətirilən xammal, komponent və avadanlıqlardan asılıdır. Əgər ölkədə istehsalın bütün zənciri formalaşmayıbsa, müəssisə müəyyən məhsulu yığa və ya emal edə bilər, amma onun yaratdığı yerli əlavə dəyər məhdud qalacaq. Buna görə də sənayeləşməni yalnız zavodların sayının artması ilə qiymətləndirmək düzgün deyil. Əsas məsələ ölkədə xammaldan hazır məhsula qədər istehsal zəncirinin nə dərəcədə qurulmasıdır. Məsələn, avtomobil istehsalının artması müsbət göstəricidir, lakin avtomobilin əsas hissələri və komponentləri xaricdən gətirilirsə, bu sahənin ölkə iqtisadiyyatına verdiyi yerli əlavə dəyər daha məhdud olur.

Bununla yanaşı, qeyri-neft sənayesində artımın bütün istiqamətlər üzrə eyni səviyyədə olmadığını da nəzərə almalıyıq. Bəzi sahələrdə istehsal sürətlə artır, digərlərində isə zəif dinamika müşahidə edilir. Dövlət Statistika Komitəsinin əvvəlki hesabatlarında, məsələn, avtomobil, əczaçılıq, toxuculuq, tikinti materialları və qida məhsulları istehsalında artım qeydə alınmışdı. Bu, müəyyən sahələrdə yeni istehsal imkanlarının yarandığını göstərir. Lakin ayrı-ayrı məhsullar üzrə yüksək artım ümumi sənaye istehsalında böyük dəyişiklik yaratmaq üçün kifayət etmir. Bunun üçün daha geniş çeşiddə məhsul istehsal edən, böyük bazarlara çıxış imkanları olan və yüksək əlavə dəyər yaradan müəssisələrə ehtiyac var. Sənayenin inkişafına təsir göstərən digər amil daxili bazarın məhdudluğudur. Azərbaycan əhalisinin sayı və daxili istehlak imkanları müəyyən istehsal sahələrinin genişlənməsi üçün kifayət qədər böyük bazar yarada bilmir. Ona görə də müəssisənin rentabelli işləməsi üçün yalnız daxili bazara deyil, xarici bazarlara da çıxış imkanları olmalıdır. Əgər istehsal olunan məhsul rəqabətqabiliyyətli deyilsə, maya dəyəri yüksəkdirsə və ixrac bazarlarında möhkəmlənə bilmirsə, müəssisənin istehsal gücündən tam istifadə etmək çətinləşir. Bu baxımdan sənaye siyasətində ixrac imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, sənaye müəssisələrinin maliyyələşdirilməsi, texnologiya təminatı, ixtisaslı kadr çatışmazlığı və istehsal xərcləri də nəzərə alınmalıdır. Müasir sənaye yalnız bina, avadanlıq və işçi qüvvəsindən ibarət deyil. Burada texnoloji yenilənmə, məhsuldarlıq, idarəetmə, keyfiyyət standartları və beynəlxalq bazarlarda rəqabət qabiliyyəti əsas rol oynayır. Əgər müəssisə köhnə texnologiya ilə işləyirsə, enerji və logistika xərcləri yüksəkdirsə, onun bazarda rəqabət aparması çətinləşir. Bu səbəbdən yeni istehsal müəssisələrinin yaradılması ilə yanaşı, mövcud zavodların da modernləşdirilməsinə ehtiyac var. Sənayedəki azalma fonunda ÜDM-in artmasına gəlincə, bunun da iqtisadi izahı var. 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM real ifadədə 1,7 faiz artıb. Qeyri-neft-qaz sektorunda artım 2,9 faiz təşkil edib. Xüsusilə nəqliyyat və anbar təsərrüfatında 10,2 faiz, informasiya və rabitə sahəsində 9,9 faiz, pərakəndə ticarətdə 3,8 faiz artım qeydə alınıb. Yəni iqtisadiyyatın xidmət, nəqliyyat, rabitə və ticarət kimi sahələri ümumi iqtisadi artıma müsbət töhfə verib. Bu da göstərir ki, iqtisadiyyatın artması mütləq sənaye istehsalının da eyni templə artması demək deyil.

Mən hesab edirəm ki, 0,7 faizlik azalma həyəcan təbili çalmaq üçün kifayət qədər ciddi göstərici olmasa da, sənayenin inkişaf modelinə yenidən baxmaq üçün əsas verir. Çünki Azərbaycanın qarşısında duran əsas vəzifə neft-qaz sektorundan asılılığı azaltmaqla yanaşı, qeyri-neft sənayesini iqtisadiyyatın aparıcı istiqamətlərindən birinə çevirməkdir. Bunun üçün sənaye parklarının sayını artırmaq kifayət deyil. Həmin müəssisələrin istehsal gücündən tam istifadə etməsi, yerli xammal bazasının genişləndirilməsi, idxaldan asılılığın azaldılması, texnologiyaların yenilənməsi və ixrac imkanlarının artırılması vacibdir.

Ən başlıcası, qeyri-neft sənayesindəki artım neft-qaz sektorundakı azalmadan daha sürətli və dayanıqlı olmalıdır. Əks halda, yeni müəssisələr açılsa, sənaye parklarına investisiyalar qoyulsa belə, ölkənin ümumi sənaye göstəricilərində ciddi irəliləyiş əldə etmək çətin olacaq. Azərbaycanın sənayeləşmə siyasətinin nəticəsi açılan zavodların sayı ilə deyil, həmin müəssisələrin nə qədər məhsul istehsal etməsi, nə qədər yerli əlavə dəyər yaratması və ölkənin ixrac potensialına hansı töhfəni verməsi ilə ölçülməlidir”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ