çərşənbə günü, 11 noyabr 2026
     

Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

Image


Faiq Ələkbərli: “Zəfərimizin ideoloji əsaslarından danışarkən azərbaycançılıq məfkurəsinin rolunu xüsusi qeyd etməliyik”

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir.

Bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib.

“Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur”, - deyə Prezident Əliyev əlavə edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Azərbaycançılıq həm dövlət daxilində vətəndaş birliyi, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızla ortaq tarixi-mədəni bağlılığı əhatə edən ideologiyadır.

“Azərbaycançılıq məfkurəsi – milli birliyimizin və dövlətçiliyimizin ideoloji əsasını təşkil edir.

Biz artıq yaxşı dərk edirik ki, Azərbaycan xalqının əsas milli məfkurəsi türklüyümüzün və azərbaycanlılığımızın vəhdətindən formalaşır. Azərbaycançılıq ideyasının meydana gəlməsi, inkişafı və özünü dövlətçilik düşüncəsində ifadə etməsi də xalqımızın tarixi kökləri, milli kimliyi və mənəvi dəyərləri ilə sıx bağlıdır.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin təməlində də məhz bu ideoloji bütövlük dayanırdı. Üçrəngli bayrağımızda ifadəsini tapan türklük, müasirlik və İslam dəyərləri milli kimliyimizin əsas sütunlarını təşkil edirdi. Dövlətimizə Azərbaycan adının verilməsi də təsadüfi deyildi. Bu ad xalqımızın tarixi yaddaşını, milli mənsubiyyətini və birləşdirici məfkurəsini özündə ehtiva edirdi.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və digər görkəmli dövlət xadimlərimiz Azərbaycan adını xalqımızın vahid milli ideyası və dövlətçilik məfkurəsi kimi ön plana çəkdilər. Beləliklə, Azərbaycan adı yalnız coğrafi məkanın deyil, həm də milli dövlətçiliyimizin, siyasi kimliyimizin və tarixi varlığımızın ifadəsinə çevrildi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra milli kimlik və azərbaycançılıq məsələsi yenidən aktuallaşdı. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin cəmiyyətdə möhkəmlənməsinə, bütün xalqı birləşdirən ümummilli ideologiyaya çevrilməsinə mühüm töhfə verdi. O, bu məfkurəni müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarından biri kimi müəyyənləşdirdi. Əslində, bununla da Rəsulzadələrin, Xoyskilərin, Yusifbəylilərin, Topçubaşovların yaratdığı dövlətçilik ənənəsi yeni tarixi mərhələdə davam etdirildi.

Bu gün Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, azərbaycançılıq məfkurəsi dövlətimizin gücünün, xalqımızın birliyinin və əldə etdiyimiz uğurların əsas ideoloji dayaqlarından biridir. Azərbaycançılıq etnik mənsubiyyətlə məhdudlaşan bir anlayış deyil. Bu məfkurə dilindən, dinindən, etnik mənşəyindən və digər fərqlərindən asılı olmayaraq, Azərbaycan dövlətinə bağlı olan bütün vətəndaşları vahid amal ətrafında birləşdirir. Azərbaycan türkləri başda olmaqla, ölkəmizdə yaşayan bütün etnik qruplar və milli azlıqlar bu ümummilli ideyanın ayrılmaz tərkib hissəsidir.

Bu baxımdan azərbaycançılıq bizim üçün son dərəcə mühüm mənəvi-siyasi dəyərdir. Torpaqlarımızın işğaldan azad olunmasında, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə də məhz bu məfkurənin birləşdirici gücü mühüm rol oynadı. Müharibə zamanı Azərbaycan əsgəri də, arxa cəbhədə dayanan xalqımız da vahid ruh, vahid məqsəd və Vətən sevgisi ətrafında birləşmişdi. Hamını bir amal – Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli dövlətçiliyimizin qorunması məqsədi birləşdirirdi”.

F.Ələkbərli vurğuladı ki, məhz bu milli birlik, dövlətçilik iradəsi və vətənpərvərlik ruhu sayəsində Birinci Qarabağ müharibəsi dövründə yaşadığımız bir sıra problemləri arxada qoyduq və ərazi bütövlüyümüzü bərpa etdik. “Buna görə də Zəfərimizin ideoloji əsaslarından danışarkən azərbaycançılıq məfkurəsinin rolunu xüsusi qeyd etməliyik. Bu, danılmaz tarixi reallıqdır.

Lakin azərbaycançılığı türklüyümüzdən, İslam mədəniyyətindən və ümumbəşəri insanlıq dəyərlərindən ayrı təsəvvür etmək də doğru olmazdı. Çünki milli kimliyimiz bu dəyərlərin tarixi və mənəvi vəhdəti üzərində formalaşıb. Üçrəngli bayrağımız da həmin bütövlüyün rəmzidir. Bizim milli kimliyimizdə türklük tarixi köklərimizi, İslam mənəvi dəyərlərimizi, müasirlik isə dünyaya açıq inkişaf yolumuzu ifadə edir.

Bu məqamda daha bir mühüm məsələyə diqqət yetirmək lazımdır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər yalnız 10 milyonluq Azərbaycan əhalisi üçün deyil, dünyanın müxtəlif bölgələrində yaşayan milyonlarla azərbaycanlı üçün də böyük mənəvi əhəmiyyət daşıyır. Söhbət Təbrizdə, Xoyda, Urmuda, Makuda, Borçalıda, Dərbənddə, Kərkükdə, İğdırda və digər bölgələrdə yaşayan soydaşlarımızdan gedir.

Təbii ki, burada söhbət siyasi sərhədləri dəyişməkdən deyil, ortaq tarixi yaddaşın, mədəniyyətin, dilin, adət-ənənələrin və mənəvi bağların qorunmasından gedir. Azərbaycançılıq məfkurəsi bu baxımdan coğrafi sərhədləri aşan mənəvi birliyimizin ifadəsidir. Biz bu ideyanı yalnız dövlətimizin və cəmiyyətimizin deyil, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın da milli-mədəni bağlılığını gücləndirən bir məfkurə kimi dərk etməliyik”.

F.Ələkbərli qeyd etdi ki, əsas məqsədimiz Azərbaycan dövlətini daha güclü, qüdrətli və nüfuzlu etmək, milli birliyimizi möhkəmləndirmək və gələcək uğurlarımız üçün möhkəm ideoloji zəmin yaratmaqdır. “Bunun üçün azərbaycançılıq məfkurəsini yalnız siyasi şüar və ya söz kimi deyil, mənəviyyat, əxlaq, milli məsuliyyət və vətəndaşlıq mövqeyi kimi qəbul etməliyik.

Çünki azərbaycançılıq sadəcə keçmişimizin ideyası deyil, həm də bu günümüzün və gələcəyimizin məfkurəsidir. Dünən olduğu kimi, bu gün də, gələcəkdə də milli birliyimizin, dövlət müstəqilliyimizin və tarixi varlığımızın əsas dayaqlarından biri məhz azərbaycançılıq olacaqdır. Biz bu yoldan dönməməli, milli kimliyimizi qoruyaraq dövlətimizi daha da gücləndirməliyik”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ