Fransa Prezidenti Emmanuel Makronun populyarlıq səviyyəsi noyabr ayında daha 7 faiz azalaraq, 12 faizə düşüb. Bu, onun Yelisey sarayına gəlişindən indiyədək qeydə alınan ən aşağı göstəricidir.
Bu, Fransanın “Le HuffPost” nəşri üçün “YouGov” şirkətinin keçirdiyi aylıq sorğunun nəticəsidir.
“Le HuffPost”un təhlilinə görə, hazırkı göstərici Makronun sələfi Fransua Ollandın 2016-cı ilin iyununda qeydə alınmış 11 faizlik populyarlıq səviyyəsinə yaxınlaşıb.
“YouGov”un məlumatına görə, oktyabr ayında Makronun reytinqi 21 faiz, Lekornünün göstəricisi isə 19 faiz idi. Hazırda Baş nazir Prezidentdən 8 faiz irəlidədir.