ABŞ-ın vitse-prezidenti Vens yeni atəşkəs razılaşmasının əldə edilməsi və nüvə danışıqlarının bərpası məqsədilə son iki həftədir dolayı İranla danışıqlarda şəxsən iştirak edir. Bu barədə “Axios” vəziyyətlə tanış olan iki mənbəyə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, Vens Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani, Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir və digər vasitəçilərlə demək olar ki, hər gün əlaqə saxlayır. Ağ Evin xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin müşaviri Cared Kuşner də danışıqlarda iştirak edirlər.
Tərəflər yaxın günlərdə ABŞ və İran nümayəndələri arasında texniki görüşün keçirilməsi imkanlarını müzakirə etsələr də, bu, hələ baş tutmayıb. Vasitəçilik səylərində iştirak edən mənbələr müəyyən irəliləyişlərin olduğunu qeyd etsələr də, danışıqların ləng getdiyini vurğulayırlar.
Qeyd edilir ki, iki həftə əvvəl Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə birbaşa danışıqları bərpa etməyi təklif edən məktub göndərib. “Axios”un məlumatına görə, İran rəsmiləri bu məktubu dialoqu bərpa etmək üçün bir təkan kimi qiymətləndiriblər.
Vens əvvəllər İranla müharibəyə qarşı çıxaraq diplomatik həll yoluna üstünlük verirdi. İndi isə, o, ABŞ-ın münaqişədən çıxmasını təmin etməyə çalışır. Çünki ki, bu vitse-prezidentin özünün də qeyd etdiyi kimi, Respublikaçıların ara seçkilərdə məğlubiyyətinin əsas səbəblərindən biri olub.
ABŞ prezidenti Donald Tramp cümə günü o, Vaşinqtonun Tehranla əlaqələri davam etdirdiyini təsdiqləyib. Tramp fikrini dəyişərsə, ABŞ ordusu da qısa müddətdə zərbələri bərpa etməyə hazırdır.
Elə həmin gün ABŞ Hörmüz boğazındakı Qeşm adasında yer-hava raket buraxıcı qurğusunu vurub. Trampın sözlərinə görə, buraxıcı qurğu Amerika qırıcı təyyarəsinə raket atıb.
Tahir TAĞIYEV