şənbə günü, 07 noyabr 2026
     

EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

Image


Bəzən insanları tanımaq üçün onun haqqında deyilənləri eşitmək yox, illər boyu necə yaşadığına ,insanlarla münasibətinə və çətin məqamlarda necə davrandığına şahid olmaq lazımdır.Emin Musəvini mənə belə tanıdan uzun illərin dostluğu ,ailələrimizin doğmalığı və birgə yaşadığımız saysız-hesabsız xatirələrdir.

Əziz Emin !

Yarım əsrlik ömün sənə qazandırdığı ən böyük sərvət insanların sevgisi,hörməti və etimadıdır. Bu,hər kəsə nəsib olmur.Sizə möhkəm can sağlığı ,ailənizlə birlikdə xoşbəxt və firavan öçür,yeni uğurlar arzulayıram. Arzu edirəm ki,həyatınızın bundan sonrakı illəri də əvvəlki kimi xeyrxah əməllərlə, gözəl işlərləvə sizi sevən insanların duaları ilə müşaiyət olunsun .50 yaşın mübarək olsun!

Emini, demək olar ki, dünyaya göz açdığı gündən tanıyıram. Ailələrimizin dostluğu bizi bir-birimizə çox yaxın edib. Uşaqlıqdan yaddaşımda qalan Emin sakit,mehriban və son dərəcə nəzakətli bir uşaq idi. İllər keçdi,uşaqlıq gəncliklə,gənclik isə müstəqil həyat və peşəkar fəaliyyətlə əvəz olundu. Amma bir xüsussiyyət dəyişmədi :onun dürüstlüyü,sadəliyi və insanlara səmimi münasibəti.

Düzü ,Eminlə bağlı saysız-hesabsız xatirələrim var. Onlardan yalnız birini seçmək çətindir.Çünki uzun illərin dostluğu təkcə xoş günlərin deyil, həm də çətin anların ortaq yaşantısıdır. Ancaq bütün xatirələrimin fövqündə bir keyfiyyət dayanır: etibarlılıq. Emin çətin gündə də, sevincli gündə də yanında olmağı bacaran insandır. Mənim üçün insanın ən böyük keyfiyyətlərindən biri də məhz budur. Ona görə də Emin haqqında düşünəndə ilk növbədə etibar və sədaqət yada düşür.

İnsanın ilk məktəbi ailəsidir. Musəvi ailəsində həmişə qarşılıqlı hörmət,ziyalılıq ,səmimiyyət və yüksək mənəvi dəyərlər hökm sürüb. Eminin də,bacısı Zülfiyyənin də həyat yolu demək olar ki, gözlərimin önündən keçib.Məktəb illəri,tələbəlik dövrü,hərbi xidmət,ilk iş addımları,televiziya və radio fəaliyyəti....Bütün bunların canlı şahidiyəm.Ona görə də tam məsuliyyətlə deyə bilərəm ki,Emin bu gün tutduğu mövqeyə yalnız öz zəhməti, biliyi, və əməyi sayəsində gəlib. Valideynlərinin övladlarına verdiyi tərbiyə onların davranışında aydın hiss olunurdu.Qabil müəllim və Zemfira xanım övladlarını yalnız savadlı deyil, həm də məsuliyyətli,vətənini sevən ,insanlara hörmətlə yanaşan şəxsiyyətlər kimi yetişdirmişdilər.Emin də Zülfiyyədə məhz belə bir mühitdə formalaşıblar.

Əslində ,bizim münasibətlərimizi sadəcə ailə dostluğu ifadəsi ilə izah etmək mümkün deyil. Biz bir-birimizin həyatını yaşamış ailələlərik. Mən öz dörd övladımla Emini və Zülfiyyəni heç vaxt ayırmamışam. Həmişə elə hiss etmişəm ki,mənim altı övladım var. Bəlkə də buna görədir ki,Emin bu gün də mənə ‘’mama ‘’deyə müraciət edir. Bu müraciət mənim üçün ən böyük mükafatdır. Çünki, bu söz illərlə qurulan etibarın,sevginin və doğmalığın ifadəsidir.

Musəvi ailəsi var-dövləti ilə deyil,mənəvi zənginliyi ilə seçilən ailə idi. Onların qapıısı həmişə insanların üzünə açıq olub.Xüsusilə Qarabağ müharibəsinin ağır illərində Ağdamdan,doğma yurdlarından didərgin düşən qohumlar,dostlar,tanışlar üçün o ev əsl sığınacağa çevrilmişdi. Zemfira xanım da,Qabil müəllim də heç kəsi qapılarından naümid qaytarmazdılar. Bakının mərkəzində yerləşən o həyət evi təkcə yaşayış məkanı deyildi. Orada böyük bir nəsil yaşayırdı. Yaxın-uzaq qohumlar,qonşular,dostlar-hamını birləşdirən doğmalıq ocağ idi. Mən bu gün həmin evi xatırlayanda ilk növbədə insanların bir -birinə olan sevgisi ,qayğısı və mərhəməti yadıma düşür.Təsadüfü deyil ki,bu gün də Qabil müəllimin,Zemfira xanımın adı böyük hörmətlə çəkilir. İnsan ömrünün əsl qiyməti də elə budur:-arxada gözəl övlad,gözəl ad və insanların qəlbində silinməz iz qoymaq. Məncə,Emin də valideynlərindən miras qalan bu mənəvi sərvəti bu gün də ləyaqətlə yaşadan övladlardan biridir. Emin haqqında danışanda onun ən gözəl xüsusiyyətlərindən birini xüsusi qeyd etməliyəm. O,valideynlərinin sağlığında onların qayğılarını böyük sevgi ilə çəkdi,dünyalarını dəyişdikdən sonra da xatirələrini eyni ehtiramla yaşatmağı özünə borc bilib. Mən bütün bunların illər boyu şahidi olmuşam.Eminin peşəkar həyat yolu da onun xarakteri kimi zəhmət,məsuliyyət və işinə sevgi üzərində qurulub. Tələbəlik illərindən media sahəsinə qədəm qoyan Emin sonralar ANS-də,Space televiziyasında,106 FM radiosunda,ATV-də çalışaraq müxtəlif media mühitində təcrübə qazanıb. Bu gün isə artıq on ilə yaxındır ki,ASAN Radionun icraçı direktoru kimi fəaliyyət göstərir. Hansı sahədə çalışmasından asılı olmayaraq,Emin peşəkarlığını insanlıq keyfiyyətləri ilə tamamlayıb. Onu irəli aparan əsas qüvvə işinə sevgisi,məsuliyyət hissi və başladığı işi sona çatdırmaq əzmi olub. Eyni zamanda doğma torpağa,milli-mənəvi dəyərlərimizə göstərdiyi ehtiram onun şəxsiyyətinin ayrılmaz xüsusiyyətlərindəndir.

Məncə,Eminin həyat və fəaliyyət yolunun ən mümüm göstəricilərindən biri də budur qazandığı mövqelər,uğurlar və məsuliyyətli vəzifələr onu öz kökündən ,dostlarından və mənəvi dəyərlərindən uzaqlaşdırmayıb. O,bu gün də uşaqlıqdan tanıdığım təvazökar,mehriban,etibarlıinsandır.

PS Bir məqamı da xatırlamadan keçə bilmirəm. Həyat yoldaşımla dəfələrlə zarafatla Eminə belə bir sual vermişik: ‘’Sən doğurdanmı Tibb Universitetini bitirmisən? Bəs niyə həkim kimi fəaliyyət göstərmədin?’’ İndi isə düşünürəm ki,Emin əslində öz ixtisasından və insanlara xidmət etmək missiyasından uzaqlaşmayıb. Sadəcə,seçdiyi xidmət sahəsi fərqlidir. Əgər tibb sahəsində çalışsaydı,insanların fiziki sağlamlığının keşiyində dayanacaqdı. Bu gün isə radio və televiziya vasitəsilə insanların mənəvi dünyasına,düşüncəsinə,dünyagörüşünə və ictimai şüuruna təsir göstərmək imkanına malikdir. Deməli,onun fəaliyyəti başqa bir müstəvidə insanların mənəvi sağlamlığına xidmət edir. Məncə, bu da az əhəmiyyətli missiya deyil. Bəlkə dəinsanlara xidmət etməyin forması dəyişib,amma mahiyyəti dəyişməyib.

Jalə Cəfərova.

Yazıçı-publisist.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ