Vergi borcları üzrə möhlət mexanizminin avtomatlaşdırılması və sadələşdirilməsi sahibkarlar üçün daha bir mühüm güzəştdir.
Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, vergi borclarına möhlət verilməsi hüququnun avtomatlaşdırılması və tətbiq şərtlərinin sadələşdirilməsi, yəni əlavə sənədlərin təqdim edilməsinə dair tələbin aradan qaldırılması nəzərdə tutulub: “Təklif edilən dəyişikliklərin mütləq əksəriyyəti sahibkarlığın dəstəklənməsinə, biznes mühitinin yaxşılaşdırılmasına və iqtisadi fəallığın stimullaşdırılmasına yönəlib. Dəyişikliklərin bir hissəsi sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə aparılan müzakirələr, eləcə də onların irəli sürdüyü təkliflər əsasında formalaşıb. Bu, vergi qanunvericiliyinin təkmilləşdirilməsində dövlət–biznes dialoquna verdiyimiz önəmin göstəricisidir”.
ZÜMRÜD