Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...Həm də indi...

Image


Əpoş Vəliyev:"Türkiyədə rektor təyinatlarında Prezidentin qərarı mühüm rol oynayır"

Məzahir Məmmədli: “Düşünürəm ki, indiki siyasi şəraitdə...”

Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Elnur Həsən Mikayıl bu ali təhsil ocağının rektorluğuna namizədliyini irəli sürüb. Azərbaycanlı professor mətbuata müsahibəsində Ankaraya dəvət aldığını və yaxın günlərdə Türkiyə Ali Təhsil Şurasının (YÖK) nümayəndələri ilə görüşəcəyini bildirib.

“Türkiyə qanunvericiliyinə görə, rektor vəzifəsinə namizədlər siyahısından ən nüfuzlu üç namizəd seçiləcək və Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Son qərar dövlət başçısının səlahiyyətlərinə aiddir”, - deyə o bildirib.

AKP iqtidarı imkan verərmi ki, azərbaycanlı professor Türkiyə universitində rektor olsun? Bəzi ehtimallara görə, AKP iqtidarı buna razı olmaz, ekspertlər nə düşünür?

Ona maneələr ola bilər? Nəzərə alsaq ki, Türkiyənin həm özəl, həm də dövlət universitləri AKP nin nəzarətindədir və əsasən rektorları hökumət təyin edir. Bu baxımdan, necə ola bilər? Eyni zamanda da azərbaycanlı professordan savayı bu posta daha iki namizəd var.

Ekspertlər məsələyə birmənalı yanaşmır.

Bəzi ekspertlərin fikrincə, azərbaycanlı professorun Türkiyə universitetinə rektor təyin olunması mümkündür, lakin bu məsələdə siyasi amilin rolunu da istisna etmək olmaz.

Ekspertlər hesab edirlər ki, burada əsas sual təkcə Elnur Həsən Mikayılın rektor seçilib-seçilməyəcəyi deyil, həm də Türkiyənin akademik idarəçilik sistemində azərbaycanlı alimə nə dərəcədə etimad göstəriləcəyidir.

AKP iqtidarı azərbaycanlı professorun rektor olmasına gəlincə, ekspertlərə görə,

bu ehtimalı tamamilə istisna etmək olmaz. Qeyd olunur ki, lakin AKP iqtidarının sırf azərbaycanlı olduğu üçün Elnur Həsən Mikayılın rektorluğuna qarşı çıxacağını iddia etmək üçün hazırda konkret fakt yoxdur, amma ehtimallar var.

Türkiyədə universitet rektorlarının təyin olunması prosesi siyasi hakimiyyətin təsir imkanlarından kənarda deyil. Rektorların müəyyənləşdirilməsində Yüksəköğretim Kurulu (YÖK) və Prezidentin səlahiyyətləri mühüm rol oynayır. Elnur Həsən Mikayılın da açıqlamasına görə, namizədlər arasından üç nəfər seçilərək Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək və son qərar dövlət başçısı tərəfindən veriləcək.

Bu baxımdan namizədin akademik göstəriciləri ilə yanaşı, siyasi hakimiyyətin ona münasibəti də müəyyən rol oynaya bilər.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam oğlu Vəliyev baki-xeber.com-a bildirdi ki, bu məsələyədə bir neçə amil nəzərdən keçirilməlidir. "Hesab edirəm ki, Elnur Həsən Mikayılın Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Universitetinin rektorluğuna namizədliyinə yalnız onun azərbaycanlı olması prizmasından yanaşmaq düzgün deyil. Bu məsələdə ilk növbədə onun akademik nüfuzu, idarəçilik təcrübəsi və universitetin inkişafına verə biləcəyi töhfələr nəzərə alınmalıdır.

Elnur Həsən Mikayılın namizədliyində diqqət çəkən məqam onun Türkiyə akademik mühitinə kənardan gələn şəxs olmamasıdır. O, 2011-ci ildən Qafqaz Universitetində fəaliyyət göstərir, müxtəlif akademik vəzifələrdə çalışıb, hazırda Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasına rəhbərlik edir. Türkiyədə ali təhsil alıb, 2023-cü ildə professor elmi adına layiq görülüb. Deməli, söhbət Türkiyənin akademik mühitini, universitetin daxili problemlərini və regional xüsusiyyətlərini kifayət qədər yaxından tanıyan bir alimdən gedir.

Hazırda Türkiyə-Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Bu baxımdan azərbaycanlı bir alimin Türkiyə universitetinə rəhbərlik etməsi iki ölkənin elmi və təhsil əlaqələrinin inkişafı baxımından da müsbət hadisə ola bilər.

Üstəlik, bunun Türkiyədə presedenti var. Azərbaycan əsilli alim Aygün Attar 2012–2016-cı illərdə Giresun Universitetinin rektoru vəzifəsində çalışıb. Bu fakt göstərir ki, azərbaycanlı mənşəli bir şəxsin Türkiyədə dövlət universitetinə rəhbərlik etməsi mümkündür. Türkiyədə yüksək siyasi və dövlət vəzifələrində çalışmış Sinan Oğan və Şamil Ayrım kimi Azərbaycan əsilli şəxslərin fəaliyyəti də bu kontekstdə diqqətəlayiqdir.

Təbii ki, Türkiyədə rektor təyinatlarında Prezidentin qərarı mühüm rol oynayır. Buna görə də hakimiyyətin yanaşması əhəmiyyətlidir. Ancaq AKP iqtidarının azərbaycanlı namizədin təyinatına prinsipial olaraq qarşı çıxacağını söyləmək üçün konkret əsas görmürəm.

Məncə, Elnur Həsən Mikayılın namizədliyi siyasi deyil, ilk növbədə akademik və peşəkar meyarlarla qiymətləndirilməlidir. Onun azərbaycanlı olması maneə deyil, əksinə, Türkiyə-Azərbaycan elmi əlaqələri baxımından əlavə üstünlük və imkan kimi dəyərləndirilə bilər".

Ə. Vəliyev qeyd etdi ki, belə bir təyinat baş tutarsa, bu, təkcə bir alimin şəxsi uğuru deyil, həm də Azərbaycan və Türkiyə arasında elm və təhsil əməkdaşlığının inkişafı baxımından əhəmiyyətli hadisə olar.

Təhsil eksperti Məzahir Məmmədlinin fikrincə isə məsələ düşündüyümüz qədər sadə deyil. “Burada dövlətin və hökumətin yanaşması ilə yanaşı, müəyyən vasitələrin və institutların müstəqillik səviyyəsini də nəzərə almaq lazımdır.

Xüsusilə Qars kimi bir şəhərdə, mənim ehtimalım budur ki, azərbaycanlı professorun rektor seçilməsinə ciddi maneələr yaradılmayacaq, onun namizədliyinə qarşı xüsusi əks-təbliğat aparılmayacaq. Əgər bir şəxs universitet rəhbərliyinə iddialıdırsa, deməli, o, müəyyən mənada öz imkanlarını, nüfuzunu və kollektiv arasındakı dəstəyini əvvəlcədən qiymətləndirib, buna uyğun addımlar atır.

Mən düşünürəm ki, indiki siyasi şəraitdə belə bir seçim Türkiyə hökuməti üçün də faydalı ola bilər. Çünki Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından bu, müsbət siyasi və mənəvi mesaj verə bilər.

Əgər Elnur Həsən Mikayıl universitet kollektivinin müəyyən dəstəyini və rəğbətini qazana bilibsə, onun rektor seçilməsinə ciddi maneələr yaradılacağını düşünmürəm. Əlbəttə, bu, mənim şəxsi ehtimalımdır və yekun qərarın necə olacağını zaman göstərəcək”-deyə M.Məmmədli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ