Fransanın Lion şəhərində polislə etirazçılar arasında toqquşmalar baş verib. Polis nümayişçilərə qarşı gözyaşartıcı qazdan istifadə edib. Etirazçılar hüquq-mühafizə orqanlarına əşyalar atıb. BFMTV-nin məlumatına görə, iğtişaşlar zamanı bir avtomobil də yandırılıb.
Polisin məlumatına görə, şəhərdə aksiyada “Qara blok” hərəkatının təxminən 800 üzvü iştirak edir. Polis iddia edir ki, onlar tez-tez üzlərini gizlədən və küçə toqquşmalarından istifadə edən radikal etirazçılardır.
Fransanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyasının (ÜƏK) regional katibi Maud Millietin sözlərinə görə, ictimai nəqliyyat tətilinə baxmayaraq, minlərlə insan Lionun mərkəzində yürüş etməyə davam edir.
Ölkənin qərbindəki Nantda da toqquşmalar baş verib. BFMTV-nin məlumatına görə, polis nümayişçilərin əhatəsində bir traktorun şəhərdə hərəkətinin qarşısı alınıb, etirazçılara qarşı göz yaşartıcı qazdan istifadə edilib.
Tuluza yaxınlığındakı bir orta məktəbdə isə yanğın baş verib. Yanğının səbəbləri və onun etirazlarla mümkün əlaqəsinin olub-olmadığı bilinmir.
Parisdə isə mağaza və bank sahibləri cümə axşamı günü keçirilməsi planlaşdırılan kütləvi nümayişdən əvvəl obyektlərini bağlayıb və pəncərələrini taxta lövhələrlə örtüblər, tələbələr isə orta məktəbləri mühasirəyə alıblar. Şagirdlər məktəblərinin girişlərini bağlayaraq, qarşılarında zibil qutuları yığıblar.
Mağaza sahibləri isə vitrinlərini bağlayır, bəziləri isə əvvəlki etirazlar zamanı müşayiət olunan iğtişaşlar və polislə toqquşmalardan qorxaraq obyektləri tam bağlayırlar.
Şəhərin Respublika Meydanına polis qüvvələri və hadisə yerində onlarla polis maşını yerləşdirilib.
Tahir TAĞIYEV