İspaniyanın baş naziri Pedro Sançes ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini dəyərləndirib.
Sançes sosial media hesabındakı paylaşımında aşağıdakı ifadələrə yer verib: “Dünən Amerika cəmiyyəti yalnız yoxsullaşdırıcı siyasətlərə, nifrətə, cinsiyyətçiliyə, iqlim dəyişikliyinin inkarına və elitaların imtiyazlarına qarşı səs verdi.
Bu, Braziliyada baş verib. ABŞ-da da baş verdi. Və tezliklə İspaniyada da olacaq. Feyjou və Abaskalın (İspaniyada müxalifət liderləri) dəstəklədiyi ifrat sağçı dalğa artıq böyümür, dağılır".
Qeyd edək ki, İran müharibəsindən sonrakı dövrdə İspaniyanın baş naziri Sançes ölkəsinin müharibəyə qarşı olduğunu və ABŞ-ın ölkədəki bazalarından istifadə etməsinə icazə verməyəcəklərini açıqlamışdı. Bu bəyanatdan sonra iki ölkə arasında münasibətlər gərginləşib. Bundan sonra Tramp İspaniya ilə bütün ticarət əlaqələrini kəsəcəyini açıqlayıb və “İspaniya ilə heç bir münasibət qurmaq istəmirik” deyib.
Tahir TAĞIYEV