Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM), Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Collins və mayoru John Spencerin müəllifi olduğu “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimat mərasimi keçirilir.
Tədbirdə kitabın təqdimatı ilə yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hərbi-strateji xüsusiyyətləri, müasir müharibələrin xarakterinə təsiri və bu qələbənin arxasında dayanan milli güc amilləri geniş müzakirə olunur.