İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki tankerin dəniz minalarına düşdüyünü və onlardan biri olan supertankerin güclü partlayış nəticəsində alovlandığını bildirib.
SEPAH gəmilərin boğazdan "icazəsiz marşrut"la keçdiyini iddia edib.
Bildirilib ki, tankerlərin peyk və radio siqnalları vasitəsilə gəminin yerini ötürən Avtomatik İdentifikasiya Sistemi (AIS) transponderləri ABŞ qüvvələrinin dəstəyi ilə aşkarlanmadan yayınmaq məqsədilə söndürülüb. Lakin partlayışlardan sonra işə salınıb.
Məlumatda gəmilərin adları çəkilmir, hər hansı itki barədə də məlumat verilmir.
Tahir TAĞIYEV