Cümə günü, 30 oktyabr 2026
     

Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

Image


Arzu Nağıyev: “Paşinyan həmin ideoloji yanaşmanın dəyişdirilməsinin zəruriliyini açıq şəkildə dilə gətirir”

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlət əleyhinə mətn adlandırıb. Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətnini dövlət əleyhinə adlandırdı və bildirdi ki, orada yerləşdirilmiş ideologiyanı rədd etmək respublikanın milli maraqlarına uyğundur.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətnini anti-dövlət adlandıraraq, orada yerləşdirilmiş ideologiyanın rədd edilməsinin respublikanın milli maraqlarına uyğun olduğunu bildirib.

“Deyirlər: Azərbaycan, Türkiyə, Əliyev və s. Amma mən çıxışlarımda dəfələrlə demişəm ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni anti-dövlətdir. Anti-dövlətdir, çünki belə bir mətnlə müstəqil dövlətin olması mümkün deyil. Bu mətn bir dövlətin mövcudluğunun qeyri-mümkünlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, - deyə Paşinyan brifinqdə bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın hazırlanması Ermənistan dövlətinin davamlılığını təmin etmək zərurətindən irəli gəlir. Erməni Baş nazir Ermənistan vətəndaşlarının bu ideyanı dəstəkləyəcəyinə əminliyini bildirib.

Müstəqillik Bəyannaməsi ideologiyasının rədd edilməsinin Azərbaycanın və ya digər xarici qüvvələrin tələbləri ilə əlaqəli olub-olmadığı barədə suala cavab olaraq Paşinyan yalnız Ermənistanın milli maraqlarını rəhbər tutduğunu bildirib.

“Bu kontekstdə mən Azərbaycan Konstitusiyası ilə maraqlanmıram. Müstəqillik Bəyannaməsinin ideologiyasını rədd etmək Azərbaycanın və ya başqasının yazdıqları ilə əlaqəli deyil. Bu, başqalarının yazdıqlarından asılı olmayaraq, Ermənistan Respublikasının dövlət maraqlarına uyğundur", - deyə o bildirib.

Paşinyan həmçinin sülhün alternativinin olmadığını bildirib və onun institusionalizasiyasının zəruriliyini vurğulayıb.

“Yenə də deyirəm: sülhə alternativ görmürəm. Bunu indi parlamentin dünənki müzakirələr kontekstində deyirəm. Sülhü möhkəmləndirmək və onu institusional reallığa çevirmək Ermənistanın Baş naziri kimi mənim birinci, ikinci və üçüncü missiyamdır. Mən bu yolu ardıcıl və qətiyyətlə davam etdirəcəyəm. Sülh dönməz olmalı və institusionalizasiya olunmalıdır", - deyə Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi imzalanmalı və təsdiqlənməlidir. Erməni Baş nazir beynəlxalq hadisələr fonunda uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini qeyd etdi.

“Dünyada baş verənləri gördükdə, dünya nizamının mahiyyət etibarilə çökdüyünü başa düşürük. Xoşbəxtlikdən, bu dövrdə sülhü bərqərar edə bilmişik. Lakin bizim vəzifəmiz iki illik sülhün 20 ilə, bir ilin 200 ilə, 200 ilin 400 ilə və sairə çevrilməsini təmin etməkdir”, - deyə o bildirib.

Müxalifəti yeni Konstitusiya layihəsini dəstəkləməyə inandıra biləcək təminatlar məsələsinə gəldikdə, Paşinyan qeyd edib ki, hökumət əvvəllər konstitusiya prosesini xarici amillər kontekstində nəzərdən keçirməyib.

Onun sözlərinə görə, müxalifət məsələni məhz bu şəkildə qaldırdığı üçün müvafiq zəmanətlərin əldə edilməsi imkanlarını araşdırmaq niyyətindədir.

Baş nazir izah edib ki, təmin edilərsə, müxalifətin qanun layihəsinin məzmunu ilə razılaşmasa belə, onun ümumxalq səsverməsinə təqdim edilməsini dəstəkləməsinə imkan verəcək zəmanətlərdən danışır.

Lakin Paşinyan qeyd edib ki, bu suala hələlik qəti cavabı yoxdur, çünki bu, hökumətin səlahiyyətlərindən kənardır.

Millət vəkili, politoloq Arzu Nağıyev baki-xeber.com-a “Düşünürəm ki, Ermənistanın son illərdə keçirdiyi siyasi və ideoloji transformasiyanın ən mühüm göstəricilərindən biri məhz Nikol Paşinyanın son bəyanatlarıdır. Burada söhbət təkcə Paşinyanın hansısa tarixi sənədə münasibətindən getmir. Məsələ daha dərindir. Əslində, Ermənistan dövlətinin uzun illər formalaşdırdığı siyasi fəlsəfə və ideoloji təməl bir neçə əsas amil üzərində qurulmuşdu. Bunların başında Qarabağ məsələsi, ərazi iddiaları və qondarma erməni soyqırımı üzərində formalaşdırılmış siyasi yanaşma dayanırdı. Bu ideoloji dayaqların hər biri zaman keçdikcə mif xarakteri daşımağa və ciddi şəkildə sarsılmağa başlayıb.

Ermənistanın müstəqillik ideologiyasının formalaşması 1990-cı illərin əvvəllərindən başlasa da, onun siyasi əsasları daha əvvəl, xüsusilə 1989-cu ildə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarla müəyyənləşmişdi. Həmin qərar sonrakı illərdə Ermənistanın siyasi gündəmində daim əsaslandırıcı sənəd kimi istifadə edildi”-deyə bildirdi.

A.Nağıyev vurğuladı ki, Qarabağ iddiası dövlət siyasətinin mərkəzinə yerləşdirildi, ərazi iddiaları isə həm siyasi, həm də hüquqi müstəvidə legitimləşdirilməyə çalışıldı. “Bu yanaşma təkcə Azərbaycana qarşı ərazi iddiaları ilə məhdudlaşmır, eyni zamanda Türkiyənin ərazi bütövlüyü ilə bağlı da ziddiyyətli iddiaları özündə ehtiva edirdi.

Belə bir ideoloji və siyasi yanaşmanın mövcud olduğu şəraitdə davamlı sülhdən danışmaq mümkün deyildi. Bu gün müəyyən mənada kövrək sülh mühiti formalaşsa da, bizim əsas məqsədimiz onun möhkəm hüquqi və siyasi əsaslar üzərində qurulması, sülh müqaviləsinin imzalanması və ratifikasiya edilməsidir. Lakin Ermənistanın dövlətçilik konsepsiyasında Azərbaycana qarşı ərazi iddialarına zəmin yaradan müddəalar qaldığı müddətdə bu məqsədə nail olmaq çətin idi.

Burada Azərbaycan və Ermənistanın dövlətçilik yanaşmaları arasındakı fundamental fərqi də nəzərə almaq lazımdır. Azərbaycan 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə və müstəqillik irsinə söykənir. Müasir Azərbaycan dövlətçiliyinin əsasını suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri təşkil edir. Ermənistan isə uzun müddət öz dövlətçilik konsepsiyasını Ermənistan SSR-in siyasi varisliyi və Qarabağ iddiası ətrafında formalaşdırmağa çalışıb. Bu fərq iki ölkənin siyasi fəlsəfəsində və regiona yanaşmasında ciddi ziddiyyətlər yaradıb.

İndi isə Ermənistanın baş naziri Nikol Paşinyan həmin ideoloji yanaşmanın dəyişdirilməsinin zəruriliyini açıq şəkildə dilə gətirir. Bu bəyanatın bir neçə mühüm siyasi əhəmiyyəti var.

Birincisi, bu, Qarabağ ideologiyasından müasir dövlətçilik konsepsiyasına keçid cəhdidir. Ermənistan rəhbərliyi artıq anlayır ki, ölkənin gələcəyini keçmiş münaqişə, ərazi iddiaları və revanşist düşüncələr üzərində qurmaq mümkün deyil. Qarabağ məsələsinin dövlət ideologiyasının mərkəzində saxlanılması Ermənistanın regional inkişafına və qonşularla münasibətlərinin normallaşmasına mane olur.

İkincisi, Azərbaycanın uzun illərdir irəli sürdüyü əsas prinsip və tələblər artıq Ermənistanın öz daxili siyasi gündəmində də müzakirə predmetinə çevrilir. Bu, olduqca mühüm məqamdır. Çünki məsələ artıq yalnız Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi çərçivəsində qalmır, Ermənistan cəmiyyətinin və siyasi elitasının da gələcək dövlətçilik modeli ilə bağlı seçim məsələsinə çevrilir. Ermənistan vətəndaşları da getdikcə daha aydın başa düşməlidirlər ki, ölkənin gələcəyi ərazi iddiaları üzərində deyil, beynəlxalq hüquqa, suverenliyə və qarşılıqlı tanınmaya əsaslanan münasibətlər üzərində qurulmalıdır.

Üçüncüsü, Ermənistanda ciddi ideoloji qarşıdurmanın meydana çıxması qaçılmazdır. Çünki bu ölkədə hələ də separatçı düşüncəni, revanşist ideyaları və keçmiş münaqişə ritorikasını qoruyub saxlamağa çalışan qüvvələr mövcuddur. Müxtəlif xarici təsir mərkəzlərinin, o cümlədən Rusiyanın siyasi təsir imkanlarının bu prosesdə rolunu da nəzərə almaq lazımdır. Həmin qüvvələr Ermənistanın yeni siyasi kursuna mane olmağa, cəmiyyətdə revanşist əhval-ruhiyyəni diri saxlamağa çalışa bilərlər. Buna görə də Paşinyanın bəyanatları yalnız siyasi açıqlama deyil, həm də Ermənistanın gələcək istiqaməti uğrunda mübarizənin mühüm elementidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan xarici siyasətində qarşıya qoyduğu əsas strateji məqsədlərdən birinə-Ermənistanın ərazi iddialarından imtinası və Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsinin beynəlxalq siyasi gündəmdə möhkəmlənməsinə nail olub. Paşinyanın son açıqlamaları da bu baxımdan mühüm siyasi nəticə kimi qiymətləndirilə bilər.

Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır: Paşinyanın bəyanatı hələ Ermənistan Konstitusiyasının dəyişdirilməsi demək deyil. Siyasi bəyanatların real nəticəyə çevrilməsi üçün onların hüquqi müstəvidə təsdiqi vacibdir. Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmin yaradan müddəalar aradan qaldırılmalı, sülh müqaviləsi imzalanmalı və parlamentlər tərəfindən ratifikasiya olunmalıdır.

Ən mühüm məsələ isə Ermənistan rəhbərliyinin Qarabağ məsələsini dövlət ideologiyasının mərkəzindən çıxarmaq zərurətini qəbul etməsidir. Bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı iddianın siyasi və ideoloji əsaslarının aradan qaldırılması baxımından prinsipial əhəmiyyət daşıyır”.

A.Nağıyev qeyd etdi ki, Azərbaycan uzun illərdir müdafiə etdiyi suverenlik və ərazi bütövlüyü prinsiplərini artıq regionun gələcək siyasi arxitekturasının əsas məsələlərindən birinə çevirib. “İndi əsas məsələ həmin prinsiplərin Ermənistanın yeni konstitusiyasında, imzalanacaq sülh müqaviləsində və gələcək dövlət siyasətində öz hüquqi təsdiqini tapmasıdır.

Əgər bu baş verərsə, bu, yalnız iki ölkə arasında sülhün tam şəkildə bərqərar olması üçün deyil, həm də regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və Cənubi Qafqazda yeni siyasi reallığın formalaşması üçün ciddi imkanlar yaradacaq.

Bir sözlə, Paşinyanın açıqlamalarını Ermənistanın Qarabağ mərkəzli ideoloji modeldən suveren dövlətçilik konsepsiyasına keçmək cəhdi kimi qiymətləndirmək olar. Ancaq bu siyasi dönüşün həqiqi dəyəri bəyanatlarla deyil, konkret hüquqi və siyasi addımlarla ölçüləcək. Davamlı sülh üçün məhz bu dəyişikliklərin real nəticəyə çevrilməsi ən vacib şərtdir”-deyə A.Nağıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ