Pentaqonun keçmiş rəsmisi – ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahında Strateji Planlar və Siyasət üzrə direktor vəzifəsində çalışmış general-leytenant Brett Silviya bir il ərzində Ukrayna və İranla bağlı məxfi məlumatları müxtəlif media orqanlarını təmsil edən iki jurnalistə ötürdüyünü etiraf edib. "Axios"un istinad etdiyi araşdırma hesabatına əsasən, Silviya dörd dəfə poliqraf (yalan detektoru) yoxlamasından keçə bilmədikdən sonra əməlini etiraf edib. Hesabatda göstərilir ki, Silviya tərəfindən "məlumat sızdırılması" hələ 2025-ci ilin iyun ayında başlayıb. Daha əvvəl xəbər verildiyi kimi, ABŞ-ın müdafiə naziri Pit Hegsetin əmrilə Pentaqonun əsas planlaşdırıcısı, Quru Qoşunlarının general-leytenantı Brett Silviya Birləşmiş Qərargahdakı vəzifəsindən uzaqlaşdırılıb. O zaman bununla bağlı heç bir açıqlama verilməyib.
SAMİRƏ