ABŞ Venesuelada prezident seçkilərinin 2027-ci ildə keçirilməsini təklif edib. Bu barədə açıqlama verən Venesuela müxalifətinin lideri Maria Korina Maçado, ABŞ Prezidenti Donald Trampa və dövlət katibi Marko Rubioya Maduronun həbs edilməsinə görə təşəkkür edib.
“Birləşmiş Ştatların Prezidenti Donald Trampa və dövlət katibi Marko Rubioya təşəkkür etmək istəyirəm, çünki onların baxışı, cəsarəti və yanvarın 3-də həyata keçirdikləri tədbirlər nəticəsində azadlığa yol açıldı. Bu, Venesuelaya demokratik keçid dövrünə doğru addımlar atmağa və ölkəmizi regionda Birləşmiş Ştatların ən böyük müttəfiqinə çevirməyə imkan verəcək” – Maçado bildirib.
O, Venesuelada son üç gün ərzində inkişaf edən hadisələrin Tramp tərəfindən təqdim olunan üçmərhələli planın irəlilədiyini göstərdiyini deyib: “ABŞ dövlət katibi Marko Rubio məqsədi demokratik keçid dövrünə adlamaq olan hadisələrin ardıcıllığını müəyyənləşdirib. Bu plana əsasən, prezident seçkiləri 2027-ci ildə keçiriləcək”.
Tahir TAĞIYEV