Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları ilə müxalifət nümayəndələri arasında baş verən davada hakim partiya üzvlərinin hərəkətlərini dəstəkləyib.
Paşinyan hadisəyə görə bütün məsuliyyəti müxalifətin üzərinə qoyaraq hakim partiyanın deputatlarının hərəkətlərini düzgün adlandırıb.
"Hadisənin necə başladığını gördüm və əgər kimsə parlament üzvünü vurmaq və ya başqa bir şey etmək üçün əlini uzada biləcəyini düşünürsə, biz həmin əli qıracağıq. Açıq danışıram", - deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Lazım gələrsə, onları stulla döyərik. Qoy yerlərini bilsinlər. Hər şeyin bir həddi var… Bundan sonra hər şey belə olacaq: bu cür davrandıqları müddətcə eyni cavabı alacaqlar”, - deyə Paşinyan qeyd edib.
Tahir TAĞIYEV