Qətər İrana ABŞ və İsraillə müharibəyə son qoymaq üçün yeni bir razılaşma təklif edib. Mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, təklif oktyabrın 25-də Tehrana təqdim edilib.
Mənbənin məlumatına görə, İran hazırda təklifi nəzərdən keçirir. Tehranın həftənin sonuna qədər cavab verəcəyi gözlənilir.
Yeni plana əsasən, Tehran və Vaşinqton hər iki tərəfin narahatlıqlarını aradan qaldırmaq üçün yeddi gün ərzində addımlar atacaqlar.
Təklif təsdiqlənərsə, yeni planın icrasına gələn həftədən başlanılacaq.
Tahir TAĞIYEV