ABŞ prezidenti Donald Tramp İranla münaqişənin istədiyi vaxt bitəcəyini bildirib.
"İnsanlar məndən əvvəl də soruşublar: "İranla müharibə nə vaxt bitəcək?" Mən də "istədiyim zaman bitəcək" demişəm" – deyə Tramp Texasda keçirilən mitinqdə bildirib.
Bir gün əvvəl ABŞ prezidenti iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirmişdi.
Tramp bazar ertəsi Missisipidə keçirilən seçki kampaniyası mitinqində isə "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı" demişdi.
Tahir TAĞIYEV