Ukraynanın ombudsmanı Dmitro Lubinets Xerson vilayətində müvəqqəti işğal altındakı Oleşki şəhəri ərazisində atəşkəs rejiminin oktyabrın 27-si saat 03:00-dan qüvvəyə mindiyini bəyan edib.
Lubinetsin sözlərinə görə, humanitar missiya Ukrayna və Rusiyanın insan hüquqları üzrə komissarlarının əməkdaşlığı, ABŞ-nin birinci xanımı Melania Trampın vasitəçiliyi və koordinasiyası ilə həyata keçirilir.
Rusiya Müdafiə Nazirliyi “sükut rejimi”nin tətbiq olunduğunu təsdiqləyib. Rusiya ordusu Moskva vaxtı ilə səhər saat 4:00-da Oleşki şəhəri yaxınlığında humanitar əməliyyata hazırlıq məqsədilə Xerson ərazisində atəşkəs elan edib .
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəllər bildirmişdi ki , humanitar razılaşma çərçivəsində Oleşkidən təxliyə prosesi bir neçə gün çəkə bilər və bu kənddə atəşkəs humanitar fasilə tələb olunan digər ərazilər üçün də presedent yarada bilər.
"Ümid edirəm ki, Ukrayna tərəfi Melaniya Trampın rəhbərlik etdiyi amerikalı danışıqçıların birbaşa iştirakı ilə əldə edilən bütün razılaşmaları yerinə yetirəcək" - deyə o, jurnalistlərə bildirib.
Məlumat üçün bildirək ki, Ağ Ev bundan əvvəl Melania Trampın səyləri ilə Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərində Rusiya və Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlamışdı. Şəhərdə humanitar böhran hökm sürür.
Tahir TAĞIYEV