Azər Həsrət: “Dünyanın yenidən bölünməsində Rusiya hegemon dövlət olaraq yer almır”
Donald Tramp, Vladimir Putin və Si Szinpin gələn ay Çində keçiriləcək görüş zamanı dünyanı təsir dairələrinə bölməyə cəhd edəcəklər. Bu barədə “Quardian” nəşri məlumat yayıb.
“Trampın prezidentliyinin son iki ilində yeni dünya nizamının formalaşması sürətlənə bilər. Belə bir ssenari təkcə Ukrayna üçün deyil, həm də başqaları üçün təhlükə yaradır. Amerika təhlükəsizlik zəmanətlərinin zəifləməsi Avropa, Tayvan, Cənubi Koreya, Yaponiya və Avstraliya üçün riskləri artıra bilər”, - nəşr bildirib.
Ümumilikdə, nəşrdə iddia edilənlər nə dərəcədə realdır?
Sözügedən məsələyə aydınlıq siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında buna bir neçə prizmadan yanaşdı: “Belə bir görüş keçiriləcəyi təqdirdə əlbəttə ki, Rusiyanın hansısa təsir dairələrinin genişləndirilməsi, yaxud da əlindəki təsir dairələrini saxlamasından getməyəcək. Prezident İlham Əliyev də YAP-ın qurultayında çıxışında qeyd etdi ki, dünyanın iki super gücü var. Biri ABŞ-dır, digəri Çindir. Rusiya onların heç biri ilə hər hansı şəkildə müqayisə belə edilə bilməz. Məsələ ondadır ki, Rusiya çökməkdə olan imperiyadır. Yəni faktiki olaraq bütün təsir imkanlarını itirmiş bir dövlətdir. O baxımdan hesab edirəm ki, bu üçlü görüşmə nəticə etibarı ilə Çinlə ABŞ arasında həmdə Rusiyanın mirasının bölünməsi zirvəsi olacaq. Yəni Rusiyaya izah edəcəklər ki, onsuzda çökürsən və bu səbəbdən bizimdə payımızı ver. Ola bilər ki, ABŞ Rusiyanın Uzaq Şərq istiqamətindən torpaqlarına iddia etsin. Yəni könüllü şəkildə bu məsələni həll etməyə çalışsın. Digər tərəfdən Çin onsuz da Rusiya torpaqlarına iddia edir. Çox güman ki, həmin torpaqlarda Çin və ABŞ-ın möhkəmlənməsi üçü şərait yaradacaqlar. Belə ehtimal irəli sürmək olar ki, Rusiya ərazisində ABŞ-la Çin rəsmən qonşu olacaq. Çinin hazırda ABŞ-la hər hansı quru və su sərhədi yoxdur. Ancaq Rusiya dağılacağı təqdirdə ABŞ Uzaq Şərq istiqamətində Çinlə həmsərhəd olmaq hədəfinə nail olmaq istəyir”.
A.Həsrətin fikrincə, görünən odur ki, dünyanın yenidən bölünməsində Rusiya hegemon dövlət olaraq yer almır: “Bundan başqa Rusiyanın yerində qurulacaq yeni müstəqil dövlətlərə də təsir imkanları baxımından müzakirələr yəqin ki, aparılacaq. Bu, bir nov Qorbaçovla Ronald Reyqanın görüşünü xatırladır. Ovaxtar sovet təbliğatı iddia edirdi ki, SSRİ qüdrətli dövlətdir və onu kimsə dağıda bilməz. Ancaq aradan keçən qısa müddət sonra 1991-ci ilin sonunda SSRİ dağıldı. Ona görə də Rusiyanın analoji aqibətlə üzləşməsi qaçılmazdır”.
Vidadi ORDAHALLI