İranın hava hücumundan müdafiə qüvvələri ölkənin cənubundakı Bəndər Abbas liman şəhəri üzərində səmada Amerikanın Lucas pilotsuz təyyarəsini vurub.
“Tasnim” agentliyi İran ordusuna istinadən xəbər verir ki, pilotsuz təyyarə vahid milli hava hücumundan müdafiə sistemi çərçivəsində fəaliyyət göstərən hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub.
Qeyd edilir ki, ötən müharibənin əvvəlindən bəri İranın hava hücumundan müdafiə qüvvələri bir neçə müasir döyüş təyyarəsini, bir neçə yüz dron və digər düşmən təyyarəsini vurub.
Tahir TAĞIYEV