Cümə günü, 23 oktyabr 2026
     

Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

Image


Qulamhüseyn Əlibəyli: “Belə ziddiyyətli mövqe tutması Ermənistan cəmiyyətindəki mövcud siyasi amillərdən irəli gəlir”

Azərbaycanla sülh müqaviləsi 2027-2028-ci illərdə imzalana bilər. Ermənistanın baş naziri Nikol Paşinyan bunu hökumət iclasından sonra keçirdiyi ənənəvi brifinqdə bildirib.

“2027–2028-ci illərdə müqaviləni imzalamalıyıq, bu il çatdırmaq çətindir. Biz Azərbaycanla işləməyə davam etməliyik”, - deyə baş nazir bildirib.

Paşinyan Konstitusiya dəyişikliyi və sülh sazişinin imzalanmasını Ermənistan vətəndaşları qarşısında öhdəlikləri kimi təqdim edib: “Əgər erməni xalqı bu missiyanı dəstəkləməzsə, mən Ermənistan Respublikasındakı siyasi missiyamı başa çatmış hesab edəcəyəm”.

Burada təəccüb doğuran məqam odur ki, Paşinyan sülh sazişinin imzalanma tarixi ilə bağlı gündə bir söz deyir. Bundan əvvəl deyirdi ki, 2031-ci ilə qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam. İndi isə deyir ki, 2027–2028-ci illərdə müqaviləni imzalamalıyıq. Üstəlik, Tramp buna bir reaksiyada vermədi. Halbuki, sülhün yaxın olduğunu deyirdi.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə əlaqədar Paşinyanın müxtəlif vaxtlar göstərməsi hökumətinin sülhə hələ hazır olmamasından irəli gəlir: “Xatırladaq ki, keçən il Vaşinqtonda paraflanmış sülh sazişinin imzalanmasına yeganə maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalardır. Azərbaycan tərəfi haqlı olaraq bu müddəaların Konstitusiyadan çıxarılmasını tələb edir. Lakin Paşinyan hökumətinin bu məsələdə tələsməməsi və tərəddüdününü bəzi daxili və xarici amillərlə əlaqələndirmək olar. Əsas daxili amil yeni konstitusiyanın qəbulunun zəruriliyinin əsaslandırılması ilə bağlıdır. Paşinyan bir tərəfdən, Konstitusiya dəyişikliyini sülh prosesindən ayrı məsələ kimi təqdim etməyə çalışır, Ermənistanın mövcud Konstitusiyasının Azərbaycanın ərazi bütövlüyünün tanınmasına mane olmadığını iddia edir, digər tərəfdən isə sülh sazişinin imzalanmasını məhz yeni Konstitusiyanın qəbulu ilə əlaqələndirir. Bu məsələdə Paşinyan hökumətinin belə ziddiyyətli mövqe tutması Ermənistan cəmiyyətindəki mövcud siyasi amillərdən irəli gəlir. Belə ki, Ermənistanın Rusiyayönümlü müxalifəti yeni konstitusiya təşəbbüsünün Azərbaycanın təzyiqləri altında irəli sürüldüyünü iddia edərək, bunu Ermənistan dövlətçiliyi üçün təhlükəli amil kimi qiymətləndirərək prosesə mane olacaqlarını bildiriblər. Paşinyan hökuməti yeni konstitusiya təşəbbüsünü Ermənistanın öz dövlətçilik və idarəçilik ehtiyaclarından doğan gündəlik kimi təqdim edir. Hökumətin bu yanaşmanın siyasi məntiqi aydındır: hökumət yeni Konstitusiyanın layihəsinin hazırlanmasının Ermənistan cəmiyyətində xarici tələbə tabe olmaq kimi qəbul edilməsinin qarşısını almağa çalışır. Lakin daxili auditoriyaya ünvanlanan həmin izah Azərbaycan üçün yetərli təminat yaratmır. Azərbaycanı ilk növbədə yeni mətnin hansı hüquqi nəticəni doğuracağı və bu nəticənin nə vaxt əldə ediləcəyi maraqlandırır”.

Q. Əlibəylinin fikrincə, son parlament seçkiləri göstərdi ki, Ermənistan cəmiyyətində və siyasi qüvvələri arasında sülhü qəbul etmək istəməyən revanşist qüvvələr hələ kifayət qədərdir: “Onlar Konstitusiya dəyişikliyinə və bütövlükdə sülh prosesinə mane ola bilər. Paşınyanın tərəfdarları parlamentdə nisbi çoxluğa malikdirlər, yeni hökumət təşkil olunsa da konstitusiyanın qəbuluna dair referendum təyin etmək üçün tələb olunan mütləq səs çoxluğuna malik deyil. Paşinyan hökuməti revanşist qüvvələrin təzyiqini və cəmiyyətin həmin qüvvələri müdafiə edən kəsimini nəzərə almağa məcburdur. Beləliklə, Paşinyan hökuməti üçün həm parlamentdə referendumun təyin olunmaması və həm də təyin olunsa belə, referendumda yeni konstitusiyanın qəbul olunmaması riskləri var. Paşinyan hökuməti isə bu riskləri aradan qaldırmaq üçün təsirli fəaliyyət əvəzinə vaxt uzatmaqla məşğuldur. Paşinyan hökumətinin tərəddüdü həmçinin xarici amillərlə bağlıdır. Ermənistan hələ də böyük güclər arasında manevr siyasətini davam etdirir və regionda formalaşmış geosiyasi vəziyyətin dəyişəcəyinə ümid edən dairələr hakimiyyət daxilində də mövcuddur. Ermənistan bir sıra sahələrdə Rusayadan asılılığı və Moskvanın Paşinyan hakimiyyətinə təzyiqləri, habelə Zəngəzur dəhlizinə qarşı çıxan İranın təzyiqləri birmənalı qəti qərarların qəbulunu çətinləşdirir və vaxtın uzadılmasına gətirib çıxarır. Vaxtın uzadılması da cəmiyyətin məlum kəsimində, revanşist müxalif siyasi qüvvələrdə və hakimiyyət daxilindəki bəzi qüvvələrdə belə bir ümid yaranır ki, beynəlxalq şərait dəyişdikcə Azərbaycan üzərində əlavə diplomatik təzyiq formalaşdırmaq və konstitusiya dəyişikliyi etmədən sülh müqaviləsini imzalamaq mümkün olar. Bu baxımdan sülh prosesini uzadaraq bir növ vaxt qazanmaq Ermənistan diplomatiyasının əsas taktikasına çevrilmiş kimi görünür.

Beləliklə, görünən odur ki, Paşinyan hökumətinin qarşısındakı əsas çətinlik daxili siyasi legitimliklə xarici etimadı eyni vaxtda təmin etməkdir; buna görə də prosesin istiqaməti bəyan edilsə də, onun yekunlaşacağı vaxt hələ müəyyənləşməyib. Başqa sözlə, Paşinyan hökuməti konstitusiya dəyişikliyinin vacibliyini qəbul etsə də, bu dəyişikliklərin həyata keçirilməsi proseduruna praktiki başlamağa tələsmir və ümumiyyətlə bu işə hələ hazır deyil. Sülh sazişinin imzalanması perspektivi baxımından əsas qeyri-müəyyənlik də burada yaranır. Paşinyanın son açıqlamasında Konstitusiya dəyişikliyi və sülhü vətəndaşlar qarşısında özünün öhdəliyi kimi təqdim etməsi və xalq bu missiyanı dəstəkləməsə siyasi fəaliyyətini bitmiş sayacağını deməsi ilk baxışdan cəsarətli addım kimi səslənir. Əslində Paşinyanın konstitusiya dəyişikliyini və sülh sazişini öz siyasi missiyası ilə bağlaması iki cür qiymətləndirilə bilər. Bir tərəfdən, o, məsuliyyəti şəxsən üzərinə götürərək cəmiyyətdən çətin qərarlar üçün dəstək istəyir. Digər tərəfdən, belə təqdimat uğursuzluğun məsuliyyətini gələcəkdə ictimai dəstəyin çatışmazlığı ilə izah etməyə də imkan yaradır. Hansı izahın doğru olduğunu sözlərdən çox, hökumətin atacağı addımlar göstərəcək. Başqa sözlə Konstitusiya dəyişikliyi və sülh prosesini şəxsi siyasi missiyasına bağlayaraq seçicini "mən və ya müharibə" dilemmasının qarşısına qoyaraq sülhün özünü yox, şəxsi hakimiyyətini qoruyur”.

Vidadi ORDAALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ