“The Times of India” qəzetinin məlumatına görə, ABŞ Tayvan üzərində birbaşa müharibəyə hazırlaşır və artıq konkret planlar hazırlayıb. Nəşr bildirir ki, “Military Watch Magazine” jurnalında ABŞ ordusunun Sakit okeanda açıq qarşıdurma halında Çin Xalq Azadlıq Ordusuna qarşı mübarizə planları haqqında məqalə dərc edilib.
2026-cı ilin oktyabr ayında qəbul edilmiş yeni əməliyyat qaydalarında Çinlə potensial münaqişə halında ilk ada zənciri daxilində uzunmənzilli zərbələr planı, eləcə də bölmələrin yerləşdirilməsi və təchizat yollarının saxlanılması nəzərdə tutulub. Sənəddə Tayvanda ABŞ ordusunun Filippindəki şimal Luzondan yerləşdirilməsi ehtimalını nəzərdən keçirən hipotetik ssenari də təqdim olunur. Məqalə, həmçinin, qarşıdan gələn Asiya döyüşündə Amerika qoşunlarını və bazalarını raket hücumlarından, dronlardan və digər təhdidlərdən qorumağın vacibliyini vurğulayır. Sənəddə xidmətlərarası əməkdaşlığın təkmilləşdirilməsi tövsiyə olunur. İlk ada zənciri ənənəvi olaraq Yaponiyanın Ryukyu adaları, Tayvan və Filippin arxipelaqı hesab olunur. Qeyd etmək lazımdır ki, Quam, Tinian, Filippin və digər yerlərdə hərbi infrastruktur yerləşdirildikcə, ABŞ Tayvan adası ilə bağlı "strateji qeyri-müəyyənlik" anlayışından getdikcə uzaqlaşır.
Tahir TAĞIYEV