Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.
Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çinarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılacaq. Sözügedən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilib.