Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, görüş təxminən üç saat davam edib.
Danışıqlar Sankt-Peterburqdakı Konstantin Sarayında baş tutub. Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev də iştirak edib.
Donald Trampın digər nümayəndəsi Cared Kuşner xəstəlik səbəbindən Sankt-Peterburqa uça bilməyib. Görüşün əvvəlində Uitkoff qeyd edib ki, "bəzi fikirləri irəli sürmək" üçün görüşə telefonla qoşulmağı planlaşdırır.
“İnterfaks” bildirib ki, görüşdən sonra Uitkoff və Dmitriyev Konstantin Sarayını birlikdə tərk ediblər.
Tahir TAĞIYEV