Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil oluğu iddia edilir.
Ermənistan mətbuatı bildirir ki, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında sərhədi keçib. İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.
Hazırda onun Berd şəhərinin hərbi polisində olduğu bildirilir.
Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Tahir TAĞIYEV