çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

Image


Polad Mehdi: “Hakimlərin işdən imtinası və istefası məhkəmə müstəqilliyi, qərəzsizlik və mümkün siyasi təzyiqlər barədə suallar doğurur”

Hakim "Gürcü Arzusu" partiyası ölkənin demək olar ki, bütün əsas müxalifət qüvvələrini-ümumilikdə 5 aparıcı müxalifət partiyasını və koalisiyasını qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bu siyasi partiyalar "Vahid Milli Hərəkat" (Mixeil Saakaşvilinin partiyası), "Dəyişiklik Koalisiyası", "Güclü Gürcüstan" (Lelo), "Qaxariya - Gürcüstan naminə" və "Federalistlər"dir.

Rəsmi məlumatlara görə, son parlament seçkilərində bu partiyalar birlikdə seçicilərin təxminən 38-40%-nin səsini qazanıblar (təqribən 785 min vətəndaş). Hakimiyyət isə onları "konstitusiya quruluşunu zorla dəyişməyə cəhd etməkdə" və xaricdən idarə olunmaqda ittiham edir.

Bu iddia Konstitusiya Məhkəməsinin hakimləri üzərində nəhəng bir siyasi və mənəvi məsuliyyət təzyiqi yaradıb. Hadisələr məhz bu xətt üzrə inkişaf edib. Hakim Manana Kobaxidze (keçmişdə hakim partiyanın deputatı və qurucularından olub) bu işə baxmaqdan imtina etmək istəyib. O, keçmiş siyasi fəaliyyətinə görə onun qərəzsizliyinə şübhə yarana biləcəyini əsas gətirərək işdən uzaqlaşdırılmasını (özünə etiraz) xahiş edib. Lakin oktyabrın 12-də digər hakimlər onun bu xahişini rədd ediblər. Bundan cəmi iki gün sonra-oktyabrın 13-də Manana Kobaxidze vaxtından əvvəl hakimlik vəzifəsindən rəsmən istefa verərək məhkəməni tərk edib.

Proseslər başlamazdan əvvəl, analoji təzyiqlər fonunda məhkəmənin digər tanınmış hakimi İrine İmerlişvili də vəzifəsindən vaxtından əvvəl istefa vermişdi.

Hakimlərin bu addımları ölkə tarixində və beynəlxalq arenada böyük rezonans doğurub. Belə bir qərarın altına imza atmaq gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə (sanksiyalar, hüquqi məsuliyyət) hakimlərin karyerasını və həyatını riskə ata bilər.

Gürcüstan tarixində Konstitusiya Məhkəməsi (və ya ali hüquqi instansiya) tərəfindən partiya bağlanması sonuncu dəfə 1991-ci ildə-ölkənin müstəqilliyinin ilk illərində baş verib. O zaman Gürcüstanın Kommunist Partiyası qadağan edilmişdi. Həmin vaxtdan bəri ölkədə bu miqyasda və xüsusən də parlamentdə yer qazanmış, xalqın 40%-nin səsini almış nəhəng müxalifət blokunun tamamilə sıradan çıxarılması prosesi baş verməyib.

Mətbuatda yazılanlara görə, bütün istefalara və gərginliyə rəğmən, hakim partiya geri çəkilmək niyyətində deyil. Konstitusiya Məhkəməsinin plenumu (yerdə qalan 7 hakimlə) iddiaya mahiyyəti üzrə baxmağı qəbul edib və məhkəmə iclasları 21-23 oktyabr tarixlərinə təyin olunub. Siyasi analitiklər və müxalifət bu prosesi Gürcüstanda çoxpartiyalı sistemin və demokratiyanın faktiki olaraq sonu, ölkənin təkpartiyalı rejimə keçidi kimi qiymətləndirirlər.

Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 8-də Gürcüstandakı siyasi vəziyyətlə bağlı tənqidi qətnamə qəbul edib. Qətnaməni 445 deputat dəstəkləyib, 37 nəfər əleyhinə səs verib, 97 nəfər isə bitərəf qalıb. Qətnamə "Hakim 'Gürcü Arzusu' partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri" adlanır.

Hakimiyyətin müxalifət partiyalarını qadağan etmək cəhdləri və onlara qarşı qaldırılmış konstitusiya iddiası qətiyyətlə pislənilib.

Avropa İttifaqı və üzv dövlətlərdən “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyaların tətbiqi tələb olunub.

Siyasi məhbusların azad edilməsi istənilib.

Məsələni siyasi və hüquqi cəhətdən təhlil edən politoloq Polad Mehdi baki-xeber.com-a bildirdi ki, Gürcüstanda müxalifət partiyalarının fəaliyyətinin qadağan edilməsi təşəbbüsü ölkənin daxili siyasi həyatında ciddi hüquqi və siyasi müzakirələrə səbəb olub.

“Məsələyə ilk növbədə konstitusiya hüququ və demokratik idarəçilik prinsipləri baxımından yanaşmaq lazımdır.

Əvvəla, siyasi partiyaların fəaliyyətinin qadağan edilməsi dövlətin müstəsna hüquqi tədbirlərindən biridir. Dövlət konstitusiya quruluşunu, milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq hüququna malikdir. Lakin siyasi partiyanın qadağan edilməsi üçün onun konstitusiya quruluşuna real təhlükə yaratdığı ciddi və inandırıcı sübutlarla təsdiqlənməlidir. Sadəcə hakimiyyətin siyasətini tənqid etmək, seçkilərin nəticələrini tanımamaq və ya beynəlxalq sanksiyalara çağırış etmək özlüyündə partiyanın bağlanması üçün kifayət edən hüquqi əsas sayıla bilməz.

İkincisi, qadağan edilməsi tələb olunan siyasi qüvvələrin son parlament seçkilərində seçicilərin təxminən 39 faizinin səsini toplaması məsələnin siyasi əhəmiyyətini artırır. Belə partiyaların fəaliyyətinin dayandırılması siyasi rəqabətin məhdudlaşmasına, seçicilərin siyasi təmsilçiliyinin zəifləməsinə və cəmiyyətdə qütbləşmənin dərinləşməsinə səbəb ola bilər.

Üçüncüsü, Konstitusiya Məhkəməsi hakimlərinin bu prosesdə iştirakı ilə bağlı yaranmış vəziyyət xüsusi diqqət tələb edir. Hakimlərin işdən imtinası və istefası məhkəmə müstəqilliyi, qərəzsizlik və mümkün siyasi təzyiqlər barədə suallar doğurur”.

P.Mehdinin fikrincə, bununla belə, konkret qərarların hansı motivlərlə verildiyini yalnız ehtimallara əsaslanaraq müəyyən etmək düzgün olmazdı.

“Dördüncüsü, Avropa Parlamentinin sanksiya çağırışları Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlərin gərginliyini göstərir. Burada mühüm hüquqi prinsip ondan ibarətdir ki, məhkəmə hakimləri nə daxili siyasi hakimiyyətin, nə də xarici siyasi mərkəzlərin təsiri altında qərar qəbul etməlidirlər.

Gürcüstanda yaranmış vəziyyət yalnız hakimiyyətlə müxalifət arasında siyasi qarşıdurma deyil, həm də konstitusiya ədalət mühakiməsinin müstəqilliyi və siyasi plüralizmin qorunması baxımından ciddi sınaqdır.

Dövlətin təhlükəsizliyinin təmin edilməsi ilə vətəndaşların siyasi hüquqlarının qorunması arasında hüquqi balans saxlanılmalıdır. Bu balans pozularsa, qəbul edilən qərarlar siyasi sabitliyi təmin etmək əvəzinə, daha dərin siyasi və institusional böhrana yol aça bilər”-deyə P.Mehdi vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ