Türkiyədə yaşanan korrupsiya olaylarında Türkiyə Diyanət Vəqfinin də adı hallanıb.
“BirGün” qəzetinin xəbərinə görə, Vəqf, Fələstin başda olmaqla, ehtiyac sahibi bölgələr üçün toplanan ianə və zəkat pullarını investisiya fondlarına yatırıb, sonda isə onun bu işdən 48 faiz zərərlə çıxdığı bəlli olub.
Qəzet bildirir ki, yatırım qərarı Vəqflər Birliyindən, guya pulun inflyasiya qarşısında əriməməsi üçün gələn tövsiyə əsasında verilib.
Maraqlıdır, bəs İslamda faiz haram deyil?..
Əli TURABOV