ABŞ vitse-prezidenti Fransadakı iğtişaşları Qərb ölkələrinin immiqrasiya siyasəti ilə əlaqələndirib. O, belə bir açıqlamasnı X sosial media şəbəkəsində verib.
"Qərb liberalları müxtəliflik və şəfqət adı altında Üçüncü Dünyadan insanları Fransaya və digər ölkələrə idxal edirdilər. Onlar assimilyasiya və uyğunluq kimi fundamental məsələləri görməzdən gəlirdilər. Onlara bunun bu nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edilmişdi, lakin onlar bu məsələləri görməzdən gəlirdilər" – deyə Vens bildirib.
O, yanğınlar digər tarixi abidələri məhv etməzdən əvvəl Fransanın baş verənlərin qarşısını ala biləcəyinə ümid etdiyini bildirib.
"Dua edirəm ki, gözəl insanları olan gözəl bir ölkə olan Fransa daha çox abidə yandırılmadan əvvəl bu dəliliyi dayandıracaq" - ABŞ vitse-prezidenti əlavə edib.
Vance həmçinin amerikalılara müraciət edərək onları Fransadakı hadisələrə diqqət yetirməyə çağırıb. O, Konqresin gələcək Demokrat üzvlərinin ABŞ üçün məhz bunu istədiyini iddia edib.
ABŞ vitse-prezidenti bu bəyanatı, 17 oktyabrda Fransanın bir neçə şəhərində yaşayış qiymətlərinin artmasına və dövlət xidmətlərinin azalmasına qarşı etirazlar zamanı baş verən iğtişaşlar fonunda verib. Limojda iğtişaşçılar 1883-cü ildə açılan tarixi bələdiyyə binasını da yandırıblar. Fransa hakimiyyət orqanlarının məlumatına görə, binaya ciddi ziyan dəyib. Vance X hesabında tarixi binanın yandırılması ilə bağlı görüntülər dəpaylaşıb.
Fransa hakimiyyəti zorakılığı radikal qrupların və iğtişaşçıların hərəkətləri ilə əlaqələndirir.
Tahir TAĞIYEV