Fransada bahalaşmaya qarşı qarşı nümayiş keçirən etirazçılar 17 oktyabrda ölkənin ikinci ən böyük şəhəri olan Marseldə qısa müddətə də olsa bələdiyyə binasına daxil ola biliblər.
Onun sözlərinə görə, maskalı etirazçılar binanın qapısını sındırmaq üçün maneələrdən istifadə ediblər. Bir neçə iştirakçı içəri girməyi bacarıb. Onlardan biri divara anarxist simvolu - dairənin içinə "A" hərfi çəkib. Qısa müddət sonra polis onlara müdaxilə edib.
İçəri soxulma zamanı etirazçılar "Bastiliyanı alırıq!" deyə şüarlar səsləndirib. Bu, 14 iyul 1789-cu ildə Parisdəki qala-həbsxanaya edilən basqına və Fransa İnqilabının başlanğıcının simvollarından birinə çevrilməsinə işarədir.
Fransanın müxtəlif şəhərlərində yanacaq və enerji qiymətlərinin artması və hökumətin iqtisadi siyasətindən narazılıqlar fonunda etiraz aksiyaları keçirilir.
Tahir TAĞIYEV