Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.
1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarəetməni itirərək "Toyota" markalı avtomobili Səmədabad kəndi ərazisində aşırıb. Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.
Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.