Cümə günü, 16 oktyabr 2026
     

Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

Image


İlon Mask Starlink peyk rabitə sisteminin sürətinə qoyulan məhdudiyyətlərin arxasında ABŞ hökumətinin dayana biləcəyini ehtimal edib. Starlink Ukrayna ordusuna pilotsuz uçuş aparatlarını Rusiya hədəflərinə yönəltməyə və ölkənin hava məkanını müdafiə etməyə imkan verir. Lakin çərşənbə axşamı tətbiq edilən yeni məhdudiyyətlər Ukrayna ordusunun döyüş tapşırıqlarının icrasına mane olub. Saatda 160 kilometrdən yüksək sürətlə hərəkət edən hərbi vasitələr şəbəkə ilə əlaqəni itirib.

Mask bildirib ki, Starlink-in hərbi versiyası olan Starshield ABŞ hökumətinin nəzarətindədir. Ukrayna Prezidenti Volodimir Zelenski məhdudiyyətlərin ciddi texniki nasazlıqdan qaynaqlana biləcəyinə ümid etdiyini bildirib. Çərşənbə günü axşam isə Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov xidmətin fəaliyyətinin qismən bərpa olunduğunu açıqlayıb. O, Starshield-də sürət məhdudiyyətinin tam aradan qaldırılmasının Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb, Maska təşəkkür edib və ondan dəstəyini davam etdirməsini istəyib. Mask bu müraciətə təxminən bir saat sonra cavab verib.

İlon Maskın Starshield sisteminin ABŞ hökumətinin nəzarətində olduğunu bildirməsi Vaşinqtonun Ukraynanın hərbi rabitə imkanlarına təsir göstərə biləcəyini deməyə əsas verirmi? Starlink-in sürət məhdudiyyətinin hansı səbəbdən tətbiq edildiyi barədə rəsmi və aydın izahatın olmaması hansı sualları yaradır? Bunun texniki nasazlıq, yoxsa təhlükəsizlik qərarı olması ehtimalı nə dərəcədə realdır?

Tofiq Abbasov: "Vaşinqtonun Zelenskiyə etimad dəstəyini geri çəkməsi Ukraynaya qırmızı kart göstərilməsi deməkdir"

Tofiq Abbasov:

Politoloq Tofiq Abbasov hesab edir ki, Moskva ilə Vaşinqton arasında müşahidə olunan yumşalma və yaxınlaşma Ukraynaya ABŞ tərəfindən göstərilən dəstəyin azalması ilə müşayiət oluna bilər. Onun fikrincə, Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına nail olmaqla daxili siyasi mövqelərini gücləndirməyə çalışır. Bu baxımdan, Vaşinqtonun Kiyevə münasibətindəki dəyişikliklər Ukrayna Prezidenti Volodimir Zelenskinin manevr imkanlarını məhdudlaşdıra bilər.

Tofiq Abbasov "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, hazırda həm Moskva, həm də Vaşinqton siyasi dividendlər əldə etməyə çalışır. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp üçün Ukrayna müharibəsinin dayandırılması xüsusi əhəmiyyət daşıyır. Belə bir nəticə əldə olunarsa, Tramp bunu öz xarici siyasətinin uğuru kimi təqdim edə bilər.

Politoloq hesab edir ki, Vaşinqtonun Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibətində sərtləşmənin müşahidə olunması Moskvanın maraqlarına uyğun mənzərə yaradır. Onun fikrincə, ABŞ administrasiyası Kiyevi Rusiya ilə danışıqlara sövq etməklə müharibənin dayandırılması istiqamətində nəticə əldə etməyə çalışır.

Abbasovun qənaətinə görə, bu prosesdə ABŞ-ın Ukraynaya hərbi və texnoloji dəstəyinin həcmi mühüm amildir. O, bildirib ki, Vaşinqtonun Kiyevə təqdim etdiyi strateji kəşfiyyat məlumatları, peyk rabitəsi imkanları və hədəflərin müəyyənləşdirilməsi sahəsindəki dəstəyi Ukrayna ordusu üçün xüsusi əhəmiyyət daşıyır.

Politoloq qeyd edib ki, Starlink peyk rabitə sistemindən istifadə və kəşfiyyat məlumatlarının əldə olunması Ukrayna ordusunun əməliyyat imkanlarına təsir göstərir. Onun fikrincə, bu sahələrdə məhdudiyyətlərin tətbiqi Kiyevin hərbi imkanlarını zəiflədə bilər. Abbasov hesab edir ki, Ukraynanın öz texnoloji və elektron sistemləri ABŞ-ın təqdim etdiyi imkanları tam əvəz etmək üçün kifayət etməyə bilər.

Politoloq Avropa ölkələrinin Ukraynaya dəstəyinə də toxunub. Onun sözlərinə görə, Avropa dövlətləri Kiyevə maliyyə və hərbi yardım göstərməyə davam etsələr də, onların öz silah ehtiyatları və müdafiə imkanları ilə bağlı çətinlikləri var. Abbasov hesab edir ki, indiyədək Ukraynaya təqdim olunan hərbi texnika və sursatın böyük hissəsinin istifadə edilməsi Avropa ölkələrinin əlavə yardım imkanlarına təsir göstərə bilər.

O vurğulayıb ki, ABŞ-ın dəstəyinin azalması Ukraynanın həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki mövqelərinə təsirsiz ötüşməyəcək. Politoloqun fikrincə, Vaşinqtonun Kiyevə münasibətindəki dəyişikliklər Zelenskinin siyasi manevr imkanlarını daralda və onu müharibənin dayandırılması ilə bağlı danışıqlarda daha çətin seçimlər qarşısında qoya bilər.

Abbasov Ukraynada prezident seçkilərinin keçirilməsi ehtimalına da münasibət bildirib. O qeyd edib ki, belə bir qərar qəbul olunsa belə, seçki prosesinin təşkili müəyyən vaxt tələb edəcək. Siyasi partiyaların hazırlığı, seçki prosedurları və səsvermənin təşkili kimi məsələlər prosesi mürəkkəbləşdirə bilər.

Politoloqun fikrincə, hazırda əsas məsələ Vaşinqtonun Zelenskiyə siyasi dəstəyinin hansı səviyyədə qalacağıdır. O hesab edir ki, ABŞ-ın hərbi, kəşfiyyat və texnoloji imkanlarından istifadənin məhdudlaşdırılması Ukraynanın mövcud vəziyyətini daha da çətinləşdirə bilər. Abbasov bu ehtimalı Vaşinqtonun Kiyevə siyasi təzyiq vasitələrindən biri kimi qiymətləndirir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ