Cümə günü, 16 oktyabr 2026
     

Təsadüf - zərurət

Image


(İkinci yazı)

Sadiq Hüseynov 29 avqust 1961-ci ildə doğulub. Təsadüfə baxın ki, (əslində, zərurətdən irəli gəlir) qızı Sadiqə Hüseynova da 20 avqust 1992-ci ildə doğulub. Yəni, ata da, qızı da eyni ayda – avqustda dünyaya göz açıblar... Bunu təsadüf kimi yozanlar daha çoxdur. Əslində isə bu, bir zərurətdir, belə deyək, baş verəsi, yaşanası hal idi, yaşandı.

Bu, digər tərəfdən Allahın lütfü kimi də məna tapa bilər...

Sadiq Hüseynov 13 aprel 1992-ci ildə - 31 yaşına və qızının doğulmasına dörd ay qalmış həlak olub. Dörd ay sonra - avqustda qəhrəman atanın fidan balası - Sadiqə dünyaya gəlib. Belə deyək, nə ata qızının üzünü görüb, nə də qızı atanın.

...Ata qızına qovuşa bilmədiyi üçün bəlli ki, həmişə niskil içində qovrulacaq, qızı da ömrü boyu sədaqətlə gözləyəcək, elə sanacaq ki, atası nə vaxtsa qayıdacaq, bunun üçün də gözləri daim qapıda, qulaqları səksəkədə olacaq. Hətta, özünü onun yoxluğuna inandırmağa məcbur etsə də, daxili təlatümləri ona atasının sağ olduğunu diqtə edəcək. O da kəskin hicran acıları ilə qaynar inam hissinin ortasında qalıb bütün ömrü boyu gözlərini həsrət yağışlarında isladacaq...

Bu, sadəcə, bir dəhşət anıdır, əziz oxucu, içlərə qubar tökən acıdır... Belə acılara yalnız şəhid ailələri tab gətirirlər... Allah Nəzakət xanıma və Sadiqə balamıza görün nə qədər səbr, dözüm və tab verib ki, illərdir gözlərinin qu­barını dağıdır, sabahı gün yenə də yanaqlarını şəhid acıları ilə islatmağa güc-qüvvə tapa bilirlər...

...Ata, kim bilir, bəlkə də, hər dəfə döyüşə atılanda ana bətnindəki övladının sevinci ilə silahına sarılıb, bəlkə də hər döyüşdə “bu qaynar güllələri övladımın eşqinə atıram, qoy düşmən bilsin ki, bir azərbaycanlı ata aylar sonra doğulacaq övladının sevinc hissini necə qürurla yaşayır...” deyib.

...Birinci Qarabağ müharibəsi (bəllidir ki,) acı sonluqla bitdi. Yəni, biz xalq olaraq məğlubiyyət acısı daddıq. Ancaq bunu o dövrdə canları-qanları bahasına döyüşən cəsur oğulların üzərinə atmaq, ayağına yazmaq doğru deyil... (Əslində, Birinci Qarabağ müharibəsi 30 il sonrakı Vətən müharibəsinin təməl daşıdır...)

Birinci Qarabağ müharibəsi - əsas etibarilə daha çox 1988-ci ildən başlayaraq 1994-cü ilin mayına qədər Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərindən ibarət silahlı birləşmələri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ara­sında baş vermiş etnik və ərazi münaqişəsi idi...

...O vaxt ermənilərə havadarlıq edən qara qüvvələr heç vəchlə Azərbaycanın çiçəklənməsini istəmirdilər (bu gün də istəmirlər...). Bu səbəbdən, erməniləri saysız-hesabsız qüvvə və silah-sursatla təmin edir, ard-arda torpaqlarımızın işğalına nail olurdular...

Bu da bəllidir; o dövrdə Azərbaycanda, belə deyək, va­hid komandanlıq yox idi, hərə dövlətin və xalqın siyasi cəhdlərini bir səmtə çəkirdi...

Üstəlik, ölkədə güclü, potensial qüvvəyə, hərbi hazırlıqlı zabit heyətinə məxsus nizami ordu da yox idi. Torpaqlarımız uğrunda pərakəndə döyüşlər aparılırdı. Müxtəlif bölgələrimizdə yaradılmış özünümüdafiə batalyonları ermənilərə qarşı bəzən güclü, bəzən də çoxlu itkilər hesabına müqavimət göstərirdi. Ancaq necə: yalın əllə, ov tüfəngi ilə. Hətta, o dövrdə onların əlində düşməni sarsıda biləcək lazımı silah-sursat da yox idi...

Bizim özümüzün də yadımızdadır ki, 1988-ci ildən başlayaraq bütün ölkə boyu adi ov tüfəngləri əhalidən yığılmışdı, ən doğru təfərrüatda isə ov tüfəngləri əhalinin əlindən alınmışdı. Məqsəd nə idi – Azərbaycanı bütöv halda işğala məruz qoymaqmı?

Səmimi deyək, əgər o dövrdə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidi və tələbi ilə Azərbaycana, sonra da hakimiyyətə qayıtmasaydı, Azərbaycan dövlət olaraq xəritədən silinə bilərdi...

Yalnız o böyük insanın gəlişindən sonra silahlı qüv­və­lərimiz bir sıra ərazilərimizi düşməndən geri aldı, atəş­kəs elan olundu və ölkədə ordu quruculuğu prosesi başlandı.

Beləcə, təxminən 30 il sonra müasir silahlarla təchiz olunmuş güclü Milli Ordumuz Ali Baş Komandan, Müzəffər Sərkərdə İlham Əliyevin rəhbərliyi, cəsur oğullarımızın canları və qanları hesabına işğala məruz qalmış torpaqlarımızı, bütöv Qarabağı geri aldı. Bu, o deməkdir ki, 44 günlük müharibədəki Zəfərin əsasını 30 il əvvəl Azərbaycanın Milli Qəhrəmanı Sadiq Hüseynov kimi oğullar qoymuşdu...

Tarix tez-tez ona görə təkrar olunur ki, xalqlar zama­nın gərdişindən çıxıb ya bir-birlərinə qarşı nəfsi - maddi təsirlərə zəmin verir, ya da çəkdikləri müsibətləri çox tez unudurlar. Unutqan xalqları isə, ümumiyyətlə, tarix bağışlamır; tez-tez həmin xalqlar faciələr yaşayır, müharibələrə sövq edilirlər...

Azərbaycan xalqı ikinci qəbil xalqlardandır, başına gətitlmiş müsibətlərə tez göz yumur. Buna görədir ki, minilliklər boyu yadellilərin, elə təxminən iki yüz ildir də erməni faşistlərinin düşmənçiliyinə düçar olub...

Biz xalq olaraq birdəfəlik bilməliyik ki, ermənilər riyakardır, onlarda rəhm, insaf yoxdur, onlara etibar etmək olmaz. Bu səbəbdən, onları daim təzyiq altında saxlamaq məsləhətdir... Əks halda, lazımsız, səthi münaqişələr üzündən Vətən minlərlə oğul və qızından olur. Səmimi deyək ki, on illərlə başımıza gətirdikləri müsibətləri tez unutduğumuzdan, 1988-1994-cü illərdə də bu radikal ünsür xalqımıza ağrı-acı yaşatdı, minlərlə soydaşımız canından oldu...

Bir daha deyirik, Birinci Qarabağ müharibəsi sonrakı qanlı mərhələlər üçün bir mesaj idi. Bu müharibədə ölkəmizin ərazi bütövlüyü uğrunda minlərlə qəhrəman oğul və qızlarımız şəhid oldu... Bu müharibədə düşmənə də sarsıdıcı zərbələr vuruldu. O zərbələrin müəlliflərindən biri də Azərbaycanın Milli Qəhrəmanı Sadiq Hüseynov idi...

Xocavənd kəndi: Mənbədən bildiyimiz kimi, Xocavənd Ağcabədi rayonunun Xocavənd kənd inzibati ərazi dairəsində, Qarabağ düzündə bir yaşayış məntəqəsidir. Elmi ədəbiyyatda Xocavənd sözünün mənası (birinci versiyada) “Xoca nəsli” anlamına gəlir. Guya vaxtilə bu ərazidə Xoca adlı bir şəxs ilk sakin olaraq yaşayıb, ərazidən keçən Qarqar çayının qarşısına bənd vurdurub. Ona görə bu yerlər “Xocabənd”, sonralar isə söz təhrif olunaraq “Xocavənd” adlanıb. Kəndin yaşayış məskəni kimi mövcudluğu XVIII əsrin birinci yarısına aid edilir.

Xocavənd oykonimini müxtəlif prizmalardan izah edən araşdırıcılar çox olub. Bizim də bu sözə dair şəxsi mülahizələrimiz var. Belə deyək ki, “Xocavənd” sözündəki “xoca” sözü bir sıra toponimik təfərrüatlar verir: məsələn, keçmişdə mədrəsə təhsili almış şəxslərə, din xadimləri və başqalarına da xoca deyilirdi. Türk xalqı müəllimə indi də xoca deyir. Orta əsrlərdə iri ticarətlə məşğul olan alverçilərə, tacirlərə də xoca deyilirdi və s.

Fars sözü olan “vənd” "uşağı, nəsli, törəməsi" anlamındadır. Həmçinin, fransız dilində “vənd” iyirmi deməkdir.

Əsas odur ki, Xocavənd kəndi Azərbaycana Sadıq Hüseynov kimi bir qəhrəman bəxş edib...

Ağcabədi rayonu: Xocavəndin bir ana bilib, uşaq kimi sığındığı Ağcabədi rayonu Birinci Qarabağ müharibəsində (1988-1994-cü illər) çox sayda şəhid verib. Rayondan bir o qədər sayda da itkin var. Bəlli ki, şəhidlər və itkin düşənlərin bir neçəsi sonradan tapılaraq Ağcabədi Şəhidlər xiyabanında və kənd qəbiristanlıqlarında dəfn ediliblər.

Məhz Milli Qəhrəman Sadiq Hüseynov da Ağcabədinin Xocavənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ağcabədi rayonu Azərbaycanın mədəniyyət, ədəbiyyat və elm sahəsində tanınmış bir çox ziyalının vətənidir. Rayonda doğulan və ya fəaliyyət göstərən görkəmli şəxsiyyətlərdən bir çoxu bu gün də ölkəmizin mədəni-ictimai-siyasi həyatına töhfə verirlər.

Rayonun ədəbiyyat, mədəniyyət, incəsənət və siyasət xadimlərindən aşağıdakı bəzi adları qeyd etmək olar:

Molla Qasım Bayat - xəttat, müdərris;

Üzeyir Hacıbəyov - Azərbaycanın dahi bəstəkarı, ilk operanın və musiqili komediyaların müəllifi, Şərqin ilk operettasının yaradıcısı, SSRİ xalq artisti (1938);

Əhməd Qasımov - ictimai-siyasi xadim, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995) Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibi (1989–1991);

Əsgər Abdullayev - tarix elmləri doktoru, professor, "Əməkdar müəllim";

Ağakişi Kazımov - Azərbaycan teatr rejissoru, Azərbaycanın Xalq artisti (2000), professor;

Fəqan Əliyev - texnika elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafed­rasının müdiri, Birləşmiş Oksford Akademiyasının fəxri Professoru;

Firəngiz Mütəllimova - Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü (2019);

Xəqani Məmmədov - tarix elmləri doktoru, professor;

İlham Ənvəroğlu - Türkiyədə çalışan tanınmış azərbaycanlı rəssam, dizayner, sənətşünas alim, Səlcuq Universitetinin İncəsənət fakültəsinin dekanı, professor;

İnqilab Şəmiyev - Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi;

Qurban İsmayılov - Azərbaycan Respublikasının Xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən);

Pənah Muradov - biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Mikrobiologiya İnstitutunun baş direktoru;

Rüstəm Rüstəmov - tibb elmləri doktoru, professor;

Sadiq Hüseynov - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi;

Etibar İsmayılov - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi;

Səfa Qəhrəmanov- Azərbaycan Respublikasının Xalq artisti (2006);

Şamil Cəmşidov - filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Əmək və müharibə veteranı, Atatürk adına Türkiyə Böyük Tarix-Dil qurumunun fəxri üzvü;

Vilayət Quliyev - Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1990), Azərbaycanın sabiq Xarici İşlər naziri (1999–2004), Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004–2010), Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri (2022-);

Tahir Rzayev - Azərbaycan Respublikasının Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru;

Yaqub Məmmədov - Azərbaycanın məşhur xa­nən­dəsi, muğam ustası, əməkdar artist;

Tofiq Bəhramov - Əfsanəvi futbol hakimi, beynəlxalq dərəcəli hakim;

Sübhan Məmmədov – boks üzrə Dünya çempionu;

İsi Məlikzadə - yazıçı;

Aqil Abbas - yazıçı, jurnalist, ssenarist, millət vəkili;

Rəşad Məcid - Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB sədrinin müavini, tanınmış jurnalist və şair;

Asif Rüstəmli - filologiya elmləri doktoru, professor;

Məhsəti Musa - "Aran" qəzetinin redaktoru, yazıçı və adlarını qeyd edə bilmədiyimiz digərləri.

Rayonun tanınmış şəxsiyyətləri sırasında həmçinin müxtəlif elm, təhsil və idarəetmə sahələrində çalışan, media nümayəndələri və yazarlar da yer alır. Ağcabədi əsilli bir çox insan Azərbaycanın elmi və mədəni həyatında bu gün də fəal iştirak edir.

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ