Ukraynanın müdafiə qüvvələri oktyabrın 14-dən 15-nə keçən gecə Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk hava bazasına raket zərbəsi endirib. Hava hücumundan sonra bazada böyük yanğın baş verib.
Borisoqlebsk hava bazası Rusiya qüvvələri tərəfindən Su-34 və Su-35 qırıcı-bombardmançı təyyarələrini yerləşdirmək üçün fəal şəkildə istifadə olunur. Bu təyyarələr mütəmadi olaraq Ukrayna mövqelərinə və cəbhə xəttindəki şəhərlərə idarə olunan hava bombaları atmaq üçün yerləşdirilir.
Ərazidə həmçinin idarə olunan hava bombaları və böyük aviasiya yanacaq çənləri üçün saxlama yerləri də var.
Nə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, nə də Rusiya rəsmiləri hələlik dəyən ziyanın miqyasını rəsmi olaraq təsdiqləməyiblər.
Tahir TAĞIYEV