İran Xarici İşlər Nazirliyi Tehrandakı Britaniya səfirini yenidən çağıraraq Londondan İslam Respublikasının Fairford Hava Bazasındakı hadisədə iştirakı ilə bağlı iddiaları dəstəkləyən dəlilləri dərhal təqdim etməsini tələb edib.
İran xarici işlər nazirinin köməkçisi və Qərbi Avropa Departamentinin direktoru Əlirza Yusifi Böyük Britaniyanın İrana qarşı ittihamlarını pisləyərək, onları Londonun Britaniya hökumətinin beynəlxalq hüquqi öhdəliklərini pozan İran əleyhinə kampaniyada iştirakı adlandırıb.
O, Londonu sözdə Fairford hadisəsində ittihamlar üçün əsas ola biləcək hər hansı sənəd və dəlili dərhal təqdim etməyə çağırıb.
Yusifi xəbərdarlıq edib ki, əks halda İslam Respublikası Böyük Britaniya ilə ikitərəfli münasibətlərini ciddi şəkildə yenidən nəzərdən keçirəcək və nəticələrə görə Britaniya hökuməti məsuliyyət daşıyacaq.
İddialarla əlaqədar nazirliyə çağırılan Şorter İranın narahatlıqlarını Londondakı müvafiq rəsmilərə çatdıracağını bildirib.
Tahir TAĞIYEV