Vüqar Bayramov: “Vacib məqamlardan biri məhsllarımızı Kamboca bazarına çıxarılmasına nail olmaqdan ibarətdir”
Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə birgə mətbuata bəyanatında bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir:
“Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik. Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir. Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycanla Kamboca arasında ticarət əlaqələrinin genişlədirilməsi iki ölkə arasında prioritet istiqamətlərdən biridir: “Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında ölkələr arasında ticarət dövriyyəsinin hələlik çox aşağı səviyyədə olmasına rəğmən rəsmi səfərdən sonra dövriyyənin artacağına əminlik ifadə edilib. Kamboca ilə Azərbaycan arasında münasibətlərin 30 ildən artıq tarixi olsa da ticarət əlaqələrindəki dəyişiklik son illərə təsadüf edir. Bununla belə, uzaq Asiya ölkəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial olduqca böyükdür. 2025-ci ildə Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi 12.7 milyon dollar olub. Dövriyyə tamamilə Kambocadan idxaldır. Ötən il heç bir Azərbaycan məhsulu Kamboca bazarına daxil olmayıb. Yəni, Azərbaycanın Kambocaya ixracatı qeydiyyata alınmayıb. Oxşar tendensiya bu ilin ilk 8 ayında da müşahidə olunub. Kambocadan 7.2 milyon dollarlıq mal idxal etsək də hələ də bu ölkənin bazarına Azərbaycan məhsulu çıxarılmır. Vacib məqamlardan biri Azərbaycan məhsllarını Kamboca bazarına çıxarılmasına nail olmaqdan ibarətdir. Çünki nəticə etibarı ilə bu, birmənalı şəkildə məhz iki ölkə arasında ticarət əlaqələrə xüsusi töhfə vermiş olacaq. Azərbaycanın qeyri neft-qaz məhsullarının Kamboca bazarına ixracatı daha prioritetləşmək vacib məqamlardan biridir. Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxışlarında birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəlindiyi bildirildi. Bu o deməkdir ki, Azərbaycan məhsulları yaxın zamanlarda Kamboca bazarına da daxil ola biləcək. Eyni zamanda Azərbaycan modeli olan və artıq bir sıra ölkələrdə tətbiq olunan “ASAN” dövlət xidmətlərinin Kamboca tərəfindən müsbət qiymətləndirilməsi və kifayət qədər yüksək marağın olması da əsas məqamlardan biridir. Bu, ondan xəbər verir ki, tərəflər yalnız iqtisadi, ticari, siyasi məsələlərdə deyil, eləcədə rəqəmsal xidmətlər, hökumət xidmətlərinin elektonlaşması sahəsində də əməkdaşlıq edirlər və Azərbaycanın “ASAN” xidmət təcrübəsi uğurla Kombocada tətbiq olunur. Ona görə də potensial kifayət qədər böyükdür cənab Prezidentin də qeyd etdiyi kimi, bu potesialın istifadəsi istiqamətində birgə işçi qrupunun yaradılması istiqamətində artıq razılıq əldə edilib. Bu isə təbii k, nəticə etibarı ilə ölkələr arasında münasibətlərin yeni mərhələyə qədəm qoyacağından xəbər verir”.
Vidadi ORDAHALLI