Bazar ertəsi günü, 12 oktyabr 2026
     

İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

Image


ABŞ-ın əks-kəşfiyyat orqanları vaxtilə İsrailə casusluq etmiş Conatan Pollandı ifşa edəndə hətta "müttəfiqlikdən də yaxın münasibətlərdə olan bir ölkəyə qarşı niyə bu addım atıldı?" sualı belə cavablandırılmışdı - İsrail ABŞ üçün nə qədər önəmli isə, ABŞ-ın öz milli maraqları ondan da önəmlidir...

İbrətamiz faktdır...

Türkiyə - Azərbaycan qardaşlığını tarixilik, reallıq və perspektivlik baxımından müqayisə edə biləcəyimiz nümunə yoxdur. Lakin ən səmimi milli, insani hisslər üzərində qurulmuş bu qardaşlığın da tarixi düzxətli olmamış, müxtəlif çətin sınaqlardan keçmişdir. Yaşadığımız çətin qardaşlıq sınaqları bu gün cərəyan edən bəzi neqativ proseslər fonunda bir daha xatırlanır... Tarixi unutmamaq xatirinə yox, bizi sevməyənlərə, bizə qarşı oyun quranlara "sizin məkrli, qardaşı-qardaşa vurdurmaq planlarınız baş tutmadı" mesajını vermək üçün xatırlanır. Bu xatırlatma indiki günlərimizdə keçmişlərdən dərs çıxarmayaraq yenə də Azərbaycana qarşı sekta-təriqət pərdələri altında təmənnalı siyasi plan quranları dürüst yola çəkmək üçündür...

Dövlətlər arasında səmimi qardaşlıq tərəflərin səhvlərdən tam sığortalanması demək deyil. O deyil ki, olan problem və anlaşılmazlıqları ört-basdır edəsən. O da deyil ki, dostunun arxasınca gizli iş çevirəsən. Odur ki, hər şeyi açıq danışasan, örtülü bazar qoymayasan ki həm qaranlıqlar durulsun, həm də ortadakı anlaşılmazlıqların təkrarlanma ehtimalı azalsın...

Bu gün qardaşımız Türkiyədə qardaşlıq tariximizdəki bütün dürüst və parlaq hadisələri ayaqlayaraq üstümüzə nifrət yağdırılmasını bir qrup təriqət əlaltısının dönüklüyü kimi qəbul edib üstündən keçməyi çox istəyərdik.. Lakin qardaş ölkəmizdə xüsusilə media və sosial şəbəkələrin bəlli bir çərçivədə fəaliyyət göstərdiklərini bildiyimizə görə üstündən keçə bilmirik. Sual bizi çox narahat edir - niyə bu təriqətçilərin kin-küdurəti durdurulmur? Halbuki durdurula bilər. İstək olsa...

Bəlkə başqa qorxunc istəklər var? Bəlkə Can Azərbaycandakı mövcud status-kvonu həzm edə bilməyən qardaşlarımızın içindəki "düşmənlərin" ayrı planları var? Əgər belə planları yoxdursa, niyə başa düşmürlər ki, sekta-təriqət quyruqlarının Azərbaycana uzatdıqları çirkli əllər bu ölkənin düz işini əymək və çətinə salmaqdan başqa rol oynamır?!

Ötən əsrin 90-cı illərinin başında nadürüst niyyətlərlə Azərbaycana uzanan əllər necə kəsildisə, bu dəfə də kəsiləcəyinə söz olmasın. O zaman Heydər Əliyev var idi, bəzi qonşular planları ona qarşı qururdular, bu gün isə İlham Əliyevin və bütünlüklə dövlətimizin yolunu daşlıqlardan salmaq istəyənlər var... O zaman Heydər Əliyev Bakıda dövləti cinayət üstündə yaxalanmış "2 nadan qardaşımızın" barəsində istintaq orqanlarına "onların türk olduqlarını çox qabartmayın" deyərək həm müstəqil dövlətçilik yolumuzdakı daşları təmizləmişdi, həm də yolunu azmış bəzi "qardaşlara" klassik siyasətçi müdrikliyi göstərərək, qardaş ölkələrin birgə daha böyük tarixlər yazması üçün geniş yol açmışdı...

Düz 35 il əvvəlki acı tarix...

Ötən əsrin 90-cı illərinin əvvəlləri... Can qardaşlar deyib ün təpdiyimiz, dediklərimiz üçün indi də peşman olmadığımız anlar idi... Qardaş ölkənin İğdır vilayətində doğulmuş, universitet müəllimi, hüquq üzrə elmlər doktoru adını daşıyan bir şəxsin Bakıya gəlişini həmin can Azərbaycan, can Türkiyə yanğısı ilə saf, təmiz duyğularla qəbul etdik. Kimin ağlına gələrdi ki, bir hüquq doktoru özünün pedaqoji və elmi potensialını Azərbaycanın çox ehtiyac hiss etdiyi hüquqi dövlət quruculuğuna yönəltməyəcək, siyasi oyunlar oynayacaq... Bizim ölçülərimiz bu idi, həmin məşhur FƏRMAN DƏMİRKOL başqa cür naqis çıxdı... Sonda isə o zamankı Türkiyə səfiri Altan Karamanoğlunun "Heydər Əliyevdən sənin barəndə bir izn alana kimi evindən çıxma, gözlə" deyərək ertəsi gün Bakıdan qovulması kimi şərəfsiz bir sonluq yaşadı...

Görün Heydər Əliyev iki dövlətin qarşıdakı daha böyük qardaşlıqlarını xilas etmək xatirinə onun hansı cinayətlərinin üstündən keçmişdi...

Az sonra 90-cı illər tariximizin ən dramatik və gizli siyasi-kəşfiyyat döyüşlərinin çox maraqlı səhnələrini görəcəksiniz...

1996-cı ildə Türkiyədə məşhur "Susurluq" qəzasının araşdırılması fonunda aydın oldu ki, o zamankı baş nazir Tansu Çillərin baş məsləhətçiləri Ağar Okan, Süleyman Kamil Yüceoğlu, çoxlarının o zaman bir terrorçu kimi tanıdıqları əslində MİT zabiti Abdulla Çatlının Bakıda 1995-ci il mart dövlət çevrilişi cəhdində birbaşa içtirakları olub... Hətta rəsmi sənədlərdə keçən bir versiya var ki, Tansu xanımın çevriliş planlarının arxasındakı niyyət Azərbaycanı kiçik qardaş kimi müti və idarə olunan hala salmaq, Əfqanıstandan gəlib Azərbaycandan keçən narkotik ticarəti yolunu hifz ermək imiş... İnanılmazdır... Lakin bu məqsədlə o zamankı Əfqanıstanda narkotrafikin ən böyük baronlarından biri sayılan döyüşən üsyançı ordu generalı Rəşid Dustuma külli miqdarda pulun öncədən verildiyi də deyilir...

60 nəfər Cavadovçu OMON-çunu dövlət çevrilişinə hazırlamaq planı...

İl 1994, 12 dekabr...

MİT zabiti Korkun Egen, İbrahim Şahin, Ayhan Çarh və Abdulla Çatlı gizlicə Bakıya gəlirlər. Tapşırıq almışdılar. Rövşənin OMON dəstəsindən 60 nəfər casur döyüşçü seçərək çevrilişçi qüvvə hazırlamaq... Siyasi şəraitə baxın.

Heydər Əliyev "Əsrin neft kontraktını" sentyabrda uğurla imzalamışdı. "Heydər Əliyev neft kontraktları məsələsində iflasa uğradılacaq" deyənlərin hıçqırıqları içərilərində qalmışdı. Baxmayaraq ki, kontraktın ertəsi günü - 21 sentyabrda KQB-nin zirzəmisindən bir neçə "məşhur" şəxsi ölkənin dövlətçilik sistemini çökəltmək üçün qaçırmışdılar... Alınmadı... Sonra oktyabrın 2-4 tarixlərində baş nazir Surət Hüseynovu və təzə-təzə iddialı davranmağa başlamış OMON komandiri Rövşən Cavadovu dövlətə qarşı qiyama çəkdilər... O zaman Heydər Əliyev əvvəlcə Rövşən Cavadovu Surətdən ayıraraq Hüseynovun qiyamını məhv edə bildi. Lakin Rövşən Cavadov həmişəlik düz yola qayıtmadı, həmişəlik əyri yolla getməyi seçdi... Və 1995-ci ilin martında öz qiyamının içində güllələnənə qədər bir neçə aylıq yol getdi... O, bu yolda kimlərlə birləşmədi?!.. Bu bir neçə ayın içində Türkiyə səfirliyində gizli görüşlər, Strateji Araşdırmalar Mərkəzi deyilən fitnə-fəsad yuvası, 5 nəfərlik Dövlət Şurası deyilən qanunsuz, anti-konstitusion qurumlar, Türkiyədən gizli gətirilərək xüsusi "Sputnik" rabitə vasitələri ilə təchiz olunmuş 5 nəfər adbaad məlum olan mahir kəşfiyyatçının Azərbaycan bölgələrində yerləşdirilməsi, 150 ton misi Qazaxdan xaricə uğursuz qaçırmaq cəhdləri, Süleyman Dəmirəlin zəngi ilə Heydər Əliyevin Danimarka səfərindən yarımçıq geri qayıtması kimi neçə-neçə çox dramatik hadisələr yaşanacaqdı..

Tansu Çillər Azərbaycanda dövlət çevrilişi cəhdi üçün vaxtı təsadüfən seçməmişdi. Hələ Azərbaycan dövləti özünü tam gücləndirməmişdi. 20 sentyabr neft kontraktında Türkiyəyə 1.7 faiz pay verilməsi onu məmnun etməmişdi. İştahı daha böyük idi. Heydər Əliyevin prinsipiallığı onu qorxutmuşdu ki, Heydər Əliyevdən bundan artığını qopara bilməyəcəklər. Çıxış yolu onu devirməkdir. Azərbaycanın sərvətindən daha çox pay almaq, ölkəni siyasi təsirə salmaq üçün bir yol var - Əliyevi devirmək... Bəs kiminlə və necə devirmək??..

Heydər Əliyevin Surət Hüseynovdan ayırdığı, ancaq Əliyevin böyük jestindən lazımı nəticəni çıxarmadan öz nəhayətsiz siyasi ambisiyalarını içində daha da böyüdən OMON komandiri, polkovnik Rövşən Cavadov yada düşdü...Qardaşı Mahir Cavadovla birlikdə əla duet kimi düşünülmüşdülər... Cavadovlar prosesə cəlb olundular. Sonra iş adamı adı altında Kənan Gurəl adlı şəxs Türkiyədən Bakıya gətirilərək ona ofis tutuldu, bu ofis gizli görüşlər üçün nəzərdə tutulmuşdu. Sonra, Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşları cəlb olundu. Türkiyənin o zamankı səfiri Altan Karamanoğlu, hüquq müşaviri Ərtoğrul Güvən, dini müşavir Əbdülqadir Sezgin (bu şəxsi yadda saxlayın), hərbi attaşe general Əngin Alan, mətbuat katibi Turqut Ər, Türkiyə İqtisadi İnkişaf Agentliyinin nümayəndəsi Sinan Oğan - bir çox isimlər işin içində idilər. Səfirliklə bütün kordinasiyanı isə ölkəmizə hüquq öyrətmək adı ilə gəlmiş FƏRMAN DƏMİRKOL qururdu..

1994-cü il 26 dekabrda Dəmirkolun fəal iştirakı ilə bütün əməliyyatların fəal işlənmə mərkəzi kimi Strateji Araşdırmalar Mərkəzi yaradıldı. Fərman Dəmirkol, guya iş adamı Kənan Gurəl, Türkiyə MİT müavini Yalçın Ərtan, hüquq müşaviri Ərtoğrul Güvən, XİN Tofik Qasımov, əlbəttə ki, Rövşən Cavadov və digərləri...

Hamısı "Mərkəzdə oynayırdılar".

1995-ci ilin 7 yanvarında Mərkəzin 2-ci iclası Türkiyə səfirliyində - dini müşavir həmin Əbdülqadir Sezginin kabinetində keçirildi. Məhz həmin iclasda Dəmirkol Rövşən Cavadovu da iclaslara dəvət etmək təklifi verdi və ilk dəfə olaraq "Heydər Əliyevi güclə devirməliyik" məqsədini bəyan etdi... Maşın artıq hərəkətə gətirilmişdi. Hər şeyin dini müşavirin kabinetində planlanması da təsadüf deyilmiş...

1995-ci ilin 4 yanvarında əvvəlcə Rövşən Cavadovun Türkiyəyə xüsusi səfəri təşkil olunur, Türkiyə MİT-in direktor müavini Yalçın Ərtanla xüsusi görüşdürülür. Məlumdur nə üçün... Təsadüf deyil ki, Rövşən Cavadov Türkiyədən qayıdan kimi yanvarın 14-də ilk dəfə səfirlikdə ASAM-ın iclasına qatılır...

Çevriliş hazırlıqlarının sürəti artırılırdı. 1995-ci ilin yanvarın 28-də isə xüsusi hazırlanmış 5 nəfər türk kəşfiyyatçısı Azərbaycana gətirilir və müxtəlif bölgələrdə çevriliş günü məlum işlərin görülməsi təlimatı ilə yerləşdirilir. Yener Aksu adlı zabit Qazaxda, Ayhan Yaşar Qusarda, Ayhan Səlim Şəkidə, Sadık Ulikan Lənkəranda, Gediz Yüsel isə Bakıda yerləşdirilir...

Hakimiyyətdən devrilmiş AXC və Müsavatın müəyyən təmsilçiləri də unudulmamışdılar. Dəmirkol 95-ci ilin 4-5 martında Kələkiyə gedərək Elçibəylə görüşdü. Orada hansı müzakirələrin aparıldığını qayıdandan sonra atılmış bəzi addımlardan təxmin etmək olur. Dəmirkol qayıdan kimi 5 nəfərdən - Elçibəy, Ayaz Mütəllibov, Cahangir Müslümzadə, Fərman Dəmirkol və Rövşən Cavadovdan ibarət "Dövlət Şurasının" yaradılması qərarını dostları ilə bölüşdü. Heç şübhə yoxdur ki, prosesləri izləyən Rusiya və ABŞ kəşfiyyatları işin başında baş nazir Tansu Çillərin olduğunu bildiklərindən hansısa məqama kimi sakit seyrçiliyə üstünlük verdilər.

Martın 12-si 1995-ci ildə qara qüvvələr sanki bir düşmənin ərazisində qənimət üçün döyüşürmüşlər kimi hərəkətə keçdilər və ilk həmlə Qazaxda endirildi. Qan töküldü, Cavadovun dəstəsi varlanmaq məqsədi ilə, həm də respublikada xaos başlatmaq üçün 150 ton misi Qazaxdan xaricə keçirə bilmədi... Qazaxdan Bakıya daşınan çevrilişçilər 8-ci kilometrdə OMON qərargahına toplandılar. Təslim olmaq tapşırığı almamışdılar.Alsaydılar, Heydər Əliyevin onları martın 16-da telemüraciətdə əvf etməsini nəzərə alaraq silahı yerə qoyardılar. Yox, məqsəd başqa idi, Cavadovun qiyamçı dəstəsini hakimiyyətə guya təzyiq gücü mövqeyində saxlayaraq Heydər Əliyevlə Cavadovun arasında, əslində isə Tansu hakimiyyəti ilə Heydər Əliyevin arasında dövləti bölüşdürmək "bazarlığının" eşqində idilər- səfir Altan Karamanoğlu, Fərman Dəmirkol və Tansu Çillər...

Qardaş deyilən ölkəni bir qiyamçının yalançı xofu altında bölmək eyforiyasına düşənlər görünür ki unutmuşdular -

O Heydər Əliyev idi...

Keçmiş unudulmur... İrəlini görmək üçün... İrəlini keçmişin gözü ilə görməyənlərə bu bir TARİX DƏRSİdir...

Aydın QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ