Amerika qırıcı təyyarəsi Oman körfəzində Panama bayrağı altında üzən ticarət gəmisinə zərbə endirib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, gəmi İran limanından çıxdıqdan sonra dəqiq idarə olunan raketlə vurulub.
Hadisə şənbə günü baş verib. Mərkəzi Komandanlığın məlumatına görə, qırıcı təyyarə Arika Sun kimi də tanınan M/V Ocean Molica gəmisinə dəqiq idarə olunan raketıə zərbə endirib. Zərbə gəminin hərəkət sisteminə zərər vurub və gəmi dayandırılıb. ABŞ ordusu heç bir heyət üzvünün xəsarət almadığını iddia edir. Gəmi bu yaxınlarda İran limanından yola düşdüyü bildirilir.
ABŞ və İran arasında atəşkəs pozulduqdan sonra, İran limanları 14 iyuldan bəri ABŞ-ın blokadası altındadır. CENTCOM-un məlumatına görə, blokada tətbiq edildikdən bəri ABŞ qüvvələri dörd ticarət gəmisini vurub, daha 135 gəminin səyahətlərinə davam etməsinin qarşısını alıb.
Bundan əlavə, bu dövrdə ABŞ ordusu, ehtimal ki, “kölgə donanması”nın bir hissəsi kimi qiymətləndirdiyi on tankeri məhv vurub. Bu cür gəmilər sanksiyalara baxmayaraq İran nefti və neft məhsullarının daşınması üçün istifadə olunur.
Amerika komandanlığı "Ocean Molica" gəmisinin sonrakı taleyi barədə əlavə məlumat paylaşmayıb.
Tahir TAĞIYEV