İsrail Müdafiə Qüvvələri (İMQ) Suriya-Livan sərhədi yaxınlığında suriyalı terrorçu Yusif Əli əl-Hassuna qarşı hava zərbəsi endirib. Bu barədə qurumun açıqlamasında deyilir. Açıqlamaya əsasən, əl-Hassun İranın rəhbərliyi altında Suriyanın cənubunda fəaliyyət göstərən İsrail mülki vətəndaşlarına və İMQ qüvvələrinə qarşı hücumlar hazırlayırdı. Ötən il ərzində onun İsrail qoşunlarına qarşı planlaşdırdığı hücumlar, o cümlədən partlayıcı maddələrlə təchiz edilmiş dronların və raketlərin buraxılmasının qarşısı alınıb. İMQ bildirib ki, bütün cəbhələrdə təcili təhlükələri aradan qaldırmağa davam edəcək və İsrail ilə Livan arasındakı razılaşmaya sadiq qalacaq.
SAMİRƏ