Dünyaşöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Charles Veleyin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Ağdərənin Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksini ziyarət ediblər.
Dünyanın 13 ölkəsindən gələn 40 nəfərlik heyət üzvləri monastırın ərazisinə baxış keçirib və abidə ilə tanış olublar.
Bildirilib ki, Gəncəsər monastırı Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında, Xaçınçayın sağ sahilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi (10 inventar nömrəli) kimi dövlət mühafizəsinə götürülüb.
Monastır kompleksinin əsas kilsəsi 1216–1238-ci illərdə Xaçın knyazı Həsən Cəlal Dövlənin təşəbbüsü ilə inşa edilib. Kilsəyə bitişik narteksin əsası isə 1266-cı ildə qoyulub. Gəncəsər uzun müddət Alban katolikosatının mühüm dini mərkəzlərindən biri olub və 1836-cı ilədək son onların iqamətgahı kimi fəaliyyət göstərib.
ZÜMRÜD