Türkiyə hakimiyyəti Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün bir təşəbbüs irəli sürüb. "Milliyet" qəzetinin məlumatına görə, plana əsasən, Rusiya və Ukrayna mülki gəmiləri üçün ayrı-ayrı marşrutlar yaradılmalıdır.
Türkiyənin təklifinə əsasən, Ukrayna limanlarından üzən gəmilər üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına təhlükəsizlik dəhlizi açılacaq. Rusiya ticarət gəmiləri üçün marşrut isə Gürcüstan və Türkiyə sahilləri boyunca olacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan münaqişə tərəflərinə yeni səyahət marşrutlarının yaradılması təşəbbüsünü çatdırıb. Qəzetin məlumatına görə, Moskva və Kiyev hələlik təklif olunan şərtlərə cavab verməyiblər.
Tahir TAĞIYEV