Bazar ertəsi günü, 23 noyabr 2026
     

Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

Image


Moskva və İrəvan arasında Ermənistan dəmir yollarına kimin nəzarət etməsi ilə bağlı ziddiyyətlər hələ də çözümünü tapmır. Əksinə, bu məsələ ilə bağlı tərəflər arasında uçurum daha da dərinləşir. İrəvan dəmir yolları üzərində nəzarəti geri qaytarmağa, yaxud da onu üçüncü tərəfə ötürməyə çalışır. Moskva isə 18 ildir idarə etdiyi Ermənistan dəmir yolları üzərində nəzarəti bundan sonra da ən azı 12 il müddətində saxlamaqda israrlıdır. Məsələ ilə bağlı aparılan danışıqlar hələ ki, heç bir nəticə vermir. Elə bu fonda istəyinə çatmaq üçün İrəvan Rusiyadan Ermənistan dəmir yollarına əlavə investisiyalar qoyulmasını tələb edir. Rusiyanın isə indiki vəziyyətdə buna imkanları yetmir. Məhz bu məqamdan çıxış edərək, Ermənistan dəmir yollarının idarəçiliyini Rusiyadan geri almaq üçün həmlələr edir.

Rusların indi durumu yaxşı deyil. Təxminən 50 milyard dollar borc, ildən-ilə azalan gəlirlər, artan tariflər və minlərlə işçinin işdən çıxarılması: bunlar bu gün “Rusiya Dəmir Yolları” şirkətinin üzləşdiyi vəziyyətdir. 85 min kilometr uzunluğunda relsləri idarə edən, 11 saat qurşağını birləşdirən nəhəng şirkət indi öz borclarının ağırlığı altında büdrəyir. Borclar Ukrayna müharibəsi fonunda Avropa İttifaqı və digər ölkələrin tətbiq etdiyi sanksiyalardan, yüzlərlə Qərb şirkətini ölkəni tərk etdikdən və ya Rusiya istehsalçıları ilə əməkdaşlığı dayandırdıqdan sonra yığılmağa başladı. Ən böyük zərbə “Rusiya Dəmir Yolları”nın əsas gəlir mənbəyi olan yük daşımaları sektoruna dəydi. Ukraynadakı müharibədən sonrakı üç ildə Rusiya ilə Avropa İttifaqı arasında dəmir yolu yük daşımaları təxminən 82 faiz azalıb. Ümumilikdə, ötən il Rusiya dəmir yolları ilə 1,12 milyard ton yük daşınıb ki, bu da son 16 ilin ən aşağı göstəricisidir. Rəsmi məlumatlara görə, ötən ilin sonunda “Rusiya Dəmir Yolları”nın ümumi borcu təxminən 3,9 trilyon rubla çatıb ki, bu da şirkətin illik gəlirini üstələyir. Elə həmin ildə şirkətin borcu təxminən 26 faiz artıb, xalis mənfəət isə eyni dövrdə təxminən 96 faiz azalıb. Lakin problem təkcə borcun həcmi deyil, həm də faiz xərcləridir. Sanksiyalar altında olan bir ölkədə aşağı faiz dərəcələri ilə pul tapmaq getdikcə çətinləşir. Nəticədə “Rusiya Dəmir Yolları” qazandığı pulların böyük hissəsini banklara verir. Keçən il şirkətin maliyyə xərcləri illik müqayisədə təxminən 87 faiz artımla 534 milyard rubla çatıb. Bütün bunlar fonunda şirkətin investisiya proqramında da azalmalar yaşanır, vaqon parkı köhnəlir, yenilərinin istehsalı üçün də pul yoxdur. ABŞ-ın Harvard Universitetinin tədqiqatçısı Andrey Yakovlev bildirir: “Bu iqtisadi zəncirin hər hansı bir halqasının dağılması digər sektorlarda domino effekti verir. Hazırda “Rusiya Dəmir Yolları” dövlətə məxsus VTB bankının ən böyük borcalanlarından biridir. Əgər “Rusiya Dəmir Yolları” kreditlərinin faizini ödəyə bilməsə, bu, VTB-nin maliyyə sabitliyini şübhə altına alacaq. VTB isə Rusiyanın əsas banklarından biridir. Başqa sözlə, bu, bir halqanın digərini çəkdiyi bir zəncirdir”. Beləliklə, “Rusiya Dəmir Yolları” olduqca çətin bir durumdadır və bu şəraitdə şirkətin Ermənistanın tələblərini təmin etmək üçün imkanları məhduddur. Ermənistan isə “Rusiya Dəmir Yolları”nın ağır maliyyə durumunda olduğunu bilir və bu fonda şirkətdən təcili yeni investisiyalar tələb edir. Əks halda başqa investorlarla anlaşacağını da Moskvanın diqqətinə çatdırır. Baş nazir Nikol Paşinyan bildirib ki, Rusiya lazımi investisiyanı təmin etmək istəməsə, Ermənistan dəmir yolunun modernləşdirilməsi üçün digər investorlar axtaracaq. Paşinyan bu fikirləri dəmir yolunun idarə olunması məsələləri üzrə birgə Ermənistan-Rusiya işçi qrupunun son iclası fonunda səsləndirib. İşçi qrupun ilk iclası noyabrın 17-də İrəvanda keçirilib. Tərəflər konsessiyaların idarə olunmasının səmərəliliyini, dəmir yolu infrastrukturunun inkişafını və regional əlaqələrin bərpası imkanlarını müzakirə ediblər. Oktyabr ayında yaradılan işçi qrup ölkənin dəmir yolu şəbəkəsinin rəqabət qabiliyyətini artırmaq üçün üç ay ərzində təkliflər hazırlamalıdır. İnvestisiya məsələsi mövcud güzəştlə əlaqələndirilir: “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” 2038-ci ilə qədər Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək hüququna malikdir. Müvafiq saziş 2008-ci ildə 30 il müddətinə imzalanıb və daha on il uzadılması mümkündür. İndi Rusiyanın şəbəkənin modernləşdirilməsinə investisiya qoyması Ermənistann əsas tələbinə çevrilib. Əks halda Ermənistan Rusiya idarəçiliyinə son qoyulacağını açıq mətnlə bəyan edir.

Ermənistanın baş nazirinin sabiq müavini Vaçe Qabrielyan bildirir: “Rusiya Ermənistan iqtisadiyyatı, o cümlədən də dəmir yolu üzərində nzəarəti əldən vemək istəmir. Moskva isə İrəvanı geosiyasi kursunu aydınlaşdırmağa məcbur etmək üçün qəsdən iqtisadi təzyiq göstərir. Ermənistan hökuməti lazımi siyasi qərarlar qəbul edə bilər, bura dəmir yollarının Rusiya üçün konssesiya hüququnun ləğvi də daxildir. Moskva hazırda Ermənistan dəmir yollarına tələb olunan həcmə investiya qoymaq niyyətində deyil. Rusiyanın buna nə niyyəti, nə də imkanı var”. Bu şəraitdə Ermənistan dəmir yollarının idarəçiliyinin üçüncü tərəfə verilməsi ilə bağlı mövqeyini də yenidən Rusiyanın diqqətinə çatdırır. Bu məsələ Nikol Paşinyanın gələn ay Rusiyaya səfəri fonunda bir daha gündəmin əsas mövzularından biri olacaq. Kreml dəmir yolu ilə bağlı ziddiyyətlərin arxasında Qərb faktorunun da olduğunu bəyan edir. Bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan məhz Qərbin şantajı nəticəsində dəmir yollarının idarəçiliyini Moskvadan geri almaq və ya onu üçüncü tərəfə ötürmək istəyir. Qurum qeyd edir ki, Ermənistan rəhbərliyi ehtimal edilən bu şantaj fonunda ölkənin nəqliyyat sektorunda Rusiya faktorunun aradan qaldırılması sifarişi alıb. Bunun müqabilində Qərb Ermənistana milyonlarla dollarlıq investisiyalar və yeni layihələrə çıxış vəd edir. Xarici İşlər Nazirliyi bildirib ki, bu, Qərb paytaxtlarının Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırmaq planları ilə tamamilə uyğundur. Lakin İrəvan bütün bunların əsassız olduğunu, məsələnin kökündə iqtisadi maraqların olduğunu bəyan edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ