Cənubi Koreyanın təhsil naziri Çxve Qyo Çjin imtahanlarda süni intellekt vasitəsilə köçürmə hallarına qarşı vaxtında hazırlıq görülməməsi və yaranan qalmaqal fonunda istefa verib və Prezident Li Ce Myon onun istefasını qəbul edib. Noyabrın 15-də milli vergi məsləhətçisi imtahanında ən yüksək nəticə göstərən namizəd mikrokamera, smartfon və süni intellekt alətlərindən istifadə edərək saxtakarlıq etdiyini etiraf edib. İmtahan başa çatdıqdan sonra Çxve Qyo Çjin nazirliyin əvvəlcədən lazımi hazırlıq görməməsinə və son dəqiqə dəyişikliklərinin yaratdığı narahatlığa görə tam məsuliyyəti üzərinə götürərək istefa ərizəsini təqdim edib. Prezident Li Ce Myon isə Baş nazir Han Son Suka imtahan sisteminin ədalətliliyini və şəffaflığını təmin edəcək yeni tədbirlər hazırlamağı tapşırıb.
İradə SARIYEVA