Ermənistanın Ədliyyə Nazirliyi ölkənin yeni Konstitusiya layihəsini 23 noyabrda dərc edəcək. Milli Məclisdə 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı yekun nitqi ilə çıxış edən Baş nazir Nikol Paşinyan yenidən parlament müxalifətinin yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirilməsini dəstəkləməsini təklif edib.
Baş nazir deyib ki, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazırdır.
Paşinyanın sözlərinə görə, müxalifət hələ də onun təklifini qəbul etməsə də, təklif qüvvədə qalır.
Müxalifətin hökumətin legitimliyi və ölkədəki siyasi vəziyyətlə bağlı açıqlamalarına münasibət bildirən baş nazir diktatura qurmaq ittihamlarını isə rədd edib. "Seçkilərdən bir neçə ay sonra müxalifətdən referendum keçirməyi xahiş edən, əslində baş nazirin istefası bahasına olan bir diktaturanı harada görmüsünüz? " - Paşinyan bildirib.
SAMİRƏ