Cümə günü, 20 noyabr 2026
     

Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

Image


(Haqqında deyilənlərdən)

Zahir İbrahimov,

Sadiq Hüseynovun dostu:

- Sadiq Hüseynov Xocavənd kənd orta məktəbini bitirdi. Hərbi xidmətə getdi, ordudan tərxis olunduqdan sonra kəndə qayıtdı. Sonra Xankəndidəki universitetə qəbul olundu. Ali təhsilini başa vurandan sonra qısa müddətə müəllim işlədi. Sonra bir zabit kimi polis sıralarına qatıldı.

Sadiq Hüseynov Xankəndiyə yaxşı bələd idi, orada ali təhsil almışdı, tez-tez Şuşada şagird düşərgəsində olurdu və s. Buna görə erməniləri də çox yaxşı tanıyır, hansı xofun sahibi olduqlarını bilirdi.

Ağcabədi qəhrəmanlar yurdudur. Birinci Qarabağ müharibəsi zamanı bu rayon da çoxlu şəhid verib...

Sadiq Hüseynovun doğulduğu Xocavənd kəndi Birinci Qarabağ savaşında dörd şəhid verdi ki, onlardan biri də Milli Qəhrəman Sadiq Hüseynovdur.

İkinci Vətən müharibəsində də bu kənd iki şəhid verdi. Ümumilikdə, Xocavənd kəndinin altı şəhidi var.

Sadiqin oxuduğu məktəb əvvəl Qarabağ adı altında fəaliyyət göstərirdi, indi Sadiq Hüseynovun adını daşıyır.

Xocavənd kənd məktəbinin məzunlarından çoxu yüksək ballarla ölkəmizin müxtəlif ali təhsil ocaqlarında oxuyurlar. Hazırda Sadiq Hüseynovun adını daşıyan məktəbimiz öz hünərvər idmançı və şahmatçı şagirdləri ilə tanınır. Bu məktəbin idmançı şagirdləri artıq Respublika, Asiya və Avropa çempionlarıdır. Hətta şagirdlərimizdən bir neçəsi Dünya kubokunun da iştirakçısıdır.

Məhərrəm Hüseynov,

Sadiq Hüseynovun döyüş yoldaşı:

- Sadiq qorxmaz döyüşçü idi. Postda rahat durmurdu. Ermənilər artıq onun zəhmindən qorxmağa başlamışdılar. Onunla bir yerdə bir sıra döyüşlərdə dəfələrlə mühasirəyə düşmüşük. Hər dəfə də məhz onun sayıqlığı, qorxmazlığı sayəsində mühasirədən çıxa bilmişik.

Bir insan nə qədər nikbin, nə qədər pozitiv enerjili olar axı?! Müharibə vaxtı mən şəxsən heç vaxt bu halda ola bilmədim.

Sadiq çox çevik, olduqca cəld, ayıq zabit idi. Onunla tanışlığımız və dostluğumuz cəbhədə, odun-alovun içində yarandı. Onda hələ subay idi. Ancaq nişanlanmışdı, yaxınlarda toyu olacaqdı. Yadımdadır, baxmayaraq ki, cəbhədə idik, bizə - bir neçə nəfər döyüşçüyə icazə verildi ki, Sadiqin toyunda iştirak edək. Getdik, iştirak etdik, Sadiq üçün yaxşı toy çalındı. Biz də öz sevgimizi onunla bölüşdük, sevincinə şərik olduq.

...Yaxşı yadımdadır, bir dəfə ermənilər xeyli canlı qüvvə ilə postumuza hücum etdilər. Şübhəsiz, onlar olduğumuz postun yerini necəsə bəlli etmişdilər. Çünki düz üstümüzə gəlirdilər. Silahımız yalnız tapança və avtomatlardan ibarət idi. Postun güllə tutan yerlərinə əlavə bir-iki qum torbası yerləşdirdik. Həmin an ermənilər səngərimizi snayperlə vurmağa başladılar. Postda üç nəfər idik, bir-birimizi qoruya-qoruya səngərdən uzaq­laşdıq, çünki erməni snayperçiləri artıq bizi hədəf etmişdilər. Azacıq aralanmışdıq ki, postumuza iri çaplı si­lahlardan mərmi düşdü. Toz tüstüyə qarışdı, tüstü aranı elə tutdu ki, ətrafı görmək mümkün olmadı. Həmin an Allah bizi erməni gülləsindən qorudu.

Biz zabitlər xidməti postları, Şuşanı əhatə edən kəndləri qoruyurduq. Sadiq Hüseynov, bəlkə də yorğunluğumuzu çıxarmaq üçün tez-tez məzəli, yumorlu zarafatları ilə bizə əlavə ruh yüksəkliyi verirdi. Qabaqda isə həmişə özü olurdu. Bununla demək istəyirdi ki, gözlərinizə qəti qorxu hopdurmayın...

Çox gözəl xüsusiyyətlərə malik qəhrəman idi Sadıq Hüseynov.

Şuşa Rayon Polis Şöbəsinin Sadiq Hüseynovla birlikdə beş Milli Qəhrəmanı, (o ərəfədə) otuz iki şəhidi, 150 qazisi var. Sadiqə verilən qiyməti bütün döyüşçülərə, bütün Şuşa polislərinə verilən qiymət kimi qəbul edirəm.

Allahdan Sadiqə rəhmət, ailəsinə və doğmalarına can sağlığı arzu edirəm.

Əmirxan Hüseynov,

Sadiq Hüseynovun qardaşı:

- O vaxt ağır döyüşlər gedirdi. Yanına buraxmırdılar. Özü, sadəcə, ara-sıra gəlir və tez də cəbhəyə qayıdırdı. Gələndə də camaat onun başına yığışır, çoxlu suallar ve­rirdilər. O da qətiyyən cəbhədən sirr verməzdi, elə bir sözü vardı ki, narahat olmayın, inşallah, tezliklə qələbə bizim olacaq.

Qardaşım çox səliqəli geyinməyi sevirdi. Nə vaxt gəlirdisə, biz onu eyni səliqədə-səhmanda görürdük. Çox savadlı idi.

Bir dəfə öz maşını ilə gəlmişdi evə. Çox qəribsəmişdik onun üçün. Gəldi, görüşdük. Zəndlə, həm də çox baxdığımı görüb soruşdu ki, mənə niyə belə baxırsan? Dedim, qardaş, bəlkə əynini dəyişəsən, biz səni bir az da mülki geyimdə görmək istəyirik. Dedi ki, yox, nə qədər müharibə var, nə qədər torpaqlarımız düşməndən alınmayıb, məni ancaq hərbi geyimdə görəcəksiz. Qəhərləndim, dedim, onda bu, nə həyat oldu ki? O isə xoş nəvazişlə gözlərimin içinə baxıb susdu...

Nəriman Bəşirov,

Sadiq Hüseynovun dostu:

- Biz Sadiq Hüseynovla uşaqlıq və gənclik dostu olmuşuq. 1969-cu ildə Sadıqla birlikdə birinci sinfə getmişik...

1978-ci ildə orta məktəbi bitirdik və tale hərəmizi bir səmtə atdı. Sadiq çox yaşı oxuyurdu, təhsil vaxtı xüsusi hörmət qazanmışdı. Hərbi xidtmətini başa vurduqdan sonra Xankəndində universitetə qəbul olundu.

Xalqımız tarixən qəhrəmanlar yetişdirib, o cümlədən, Sadiq Hüseynov o qəhrəmanların həm davamçısı, həm də müasiri idi.

Bütün məktəbli uşaqlara, elə öz ovladlarıma da bir tövsiyəm var ki, siz Sadiq Hüseynov kimi Milli Qəhrəmanın adını daşıyan məktəbdə oxuyursunuz, çalışın ki, siz də gələcəkdə onun kimi cəsarətli, qorxmaz və cəsur ola­sınız. Onun qəhrəmalıq nümunələrini özünüz üçün örnək bilin.

...Biz bu amalı uşaqlara tez-tez aşılayırıq.

Mehman Quliyev:

Sadiq Hüseynovun qohumu:

- Vətənini, elini-obasını sevən, olduqca təvazökar insan idi Sadiq. Mən onun gözlərində əsl qəhrəman surəti görürdüm. Çox qorxmaz adam idi. O qədər nikbin, o qədər gülərüz, optimist idi ki, nə zaman çətinliyə düşürdüsə, dərhal ovqatını duruldur, - hər şey yaxşı olacaq, - deyirdi. Cəbhədən nə vaxt gəlirdisə, camaat başına yığışırdı, o da onlara ürək-dirək verir, müharibənin qələbə ilə bitəcəyini vurğulayırdı.

Ancaq müharibədən çox danışmazdı. Camaat dəfələrlə təkid etsə də, o, ümumi sözlərlə onları ram etməyi bacarırdı.

Bizim Sadiq Hüseynov əsl qəhrəman idi. İnanırdıq ki, o, öz dediyi kimi, tezliklə Şuşanı azad edəcək, evə əsl qəhrəman kimi qayıdacaq...

Ağcabədi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Sadiq Hüseynovun xatirəsi anılıb

13 aprel 2016-cı il tarixində Ağcabədi rayonunun Xocavənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Sadiq Hüseynovun xatirəsi anılıb, şəhidin məzarı önündə Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəsur döyüşçünün ildönümü keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xid­mətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Yalçın Sadıqlı, rayon Polis şöbəsinin rəis müavini, döyüş yoldaşları, “N” saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva Sadiq Hüseynovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edib və bildirib ki, Hüseynov Sadiq Da­yandur oğlu 29 avqust 1969-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulub. 1968-1978-ci illərdə burada orta məktəbdə oxuyub, 1980-ci ildə ordu sıralarına çağırılıb. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlayıb. Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə qatılıb və 29 mart 1992-ci ildə döyüşlərdən birində ağır yaralanıb, lakin buna baxmayaraq, silahını yerə qoymayıb. 13 aprel 1992-ci ildə erməni faşistləri Şuşanı ağır raket atəşinə tutub, bu zaman Sadıq Hüseynov yaralı döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadiq Dayandur oğlu ölü­mündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı Xocavənd kənd tam orta məktəbi onun adını daşıyır.

Daha sonra Naibə Mustafayeva Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində belə tədbirlərin əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, ağcabədili gənclər Qarabağ mü­haribəsi zamanı doğma vətənin müdafiəsində fədakarlıq göstəriblər. Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri bu gün də Milli Orduya həm maddi, həm də mənəvi dəstək verir, bu işdə nümunəvi olurlar.

Daha sonra çıxış edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, “Azərbaycanın Milli Qəhrəmanı” kimi şərəfli ada layiq görülmüş Sadiq Hüseynovun həyatının gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməsini və təbliğ olunmasını vurğulayıblar.

Tədbirin yekununda vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalarda Azərbaycan Ordusunun mübarizliyi, qorxmaz, mərd oğulların vətənin azadlığını və ərazi bütövlüyünü canlarından üstün tutması, ordu ilə xalqın birliyi diqqət çəkib.

Ağcabədi rayon Xocavənd kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Sadiq Hüseynovun büstünün açılışı olub.

Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə əklil və tər qərənfillər qoyublar.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, şəhidin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Hüseynov Sadiq Dayandur oğlu 1969-cu il avqustun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1989-cu ildə Şuşa şəhərində polis şöbəsinin sahə müvəkkili kimi işə başlayıb. Ermənilərin torpaqlarımıza qarşı təcavüzü başlayanda polis əməkdaşı olaraq döyüşlərə qatılıb. 1992-ci il martın 29-da döyüşlərdən birində ağır yaralansa da, silahını yerə qoymayıb. 1992-ci il aprelin 13-də erməni silahlı dəstələri Şuşanı raket atəşinə tutub, Sadıq Hüseynov yaralı döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə (ölü­mündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı Xocavənd kənd tam orta məktəb onun adını daşıyır.

Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edilib, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində, onlara Vətən sevgisinin aşılanmasında bu və bu kimi tədbirlərin əhəmiyyəti və təsiri yüksək qiymətləndirilib.

Sonda məktəblilərin ifasında kompozisiya nümayiş etdirilib. Kompozisiyada Azərbaycan ordusunun mübarizliyi, mərd oğulların vətənin azadlığını və ərazi bütövlüyünü canlarından üstün tutması, ordu ilə xalqın birliyi tərənnüm edilib.

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ