Cümə axşamı günü, 19 noyabr 2026
     

Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

Image


Bloomberg-in məlumatına görə, Rusiya Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ABŞ-la aparılan danışıqlarda NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını təklif edib. Bunun müqabilində Moskva Kalininqrad vilayətindən qoşunlarını çıxarmağa hazır olduğunu bildirib. ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu təklifi Avropa müttəfiqləri ilə müzakirəyə çıxarıblar.

Məlumata görə, ABŞ tərəfi Ukraynadan Donbasdan imtina etmək müqabilində NATO-ya üzvlüyə razı olub-olmayacağını da soruşub. Vaşinqtonun müzakirə etdiyi digər məsələlər arasında müharibədən sonrakı təhlükəsizlik təminatları və Avropada NATO qoşunlarının yerləşdirilməsi də var.

Moskva 2021-ci ilin dekabrında da NATO-dan 1997-ci ildən sonra alyansa qoşulan ölkələrdə hərbi mövcudluğunu azaltmağı tələb etmişdi. Bu tələb NATO-nun genişlənməsinin məhdudlaşdırılmasını və postsovet məkanında hərbi əməkdaşlığın zəiflədilməsini nəzərdə tutur.

NATO-nun 10-cu maddəsinə əsasən isə, alyansa üzvlük siyasəti açıq qapı prinsipinə söykənir və üzvlük barədə qərar təşkilatın mövcud üzvlərinin konsensusu ilə qəbul edilir. Bu baxımdan, Rusiyanın təklifləri Avropanın təhlükəsizlik arxitekturasının yenidən qurulması və NATO-nun gələcək genişlənməsi ilə bağlı ciddi geosiyasi mübahisə yaradır.

ABŞ-ın müzakirəyə çıxardığı təkliflərdə müəyyən ziddiyyət görünür. Bir tərəfdən Rusiyaya NATO-nun 1997-ci il sərhədlərinə qayıtması, bunun müqabilində isə Moskvanın Kalininqrad vilayətindən qoşunlarını çıxarması təklif olunur. Bu, faktiki olaraq NATO-nun Avropadakı hərbi mövcudluğunun daraldılmasını nəzərdə tutur. Digər tərəfdən isə Ukraynanın Donbasdan imtina etməsi müqabilində NATO-ya üzvlüyü məsələsi müzakirəyə çıxarılır. Beləliklə, bir tərəfdən NATO-nun genişlənməsinin məhdudlaşdırılması, digər tərəfdən isə Ukraynanın alyansa qəbulu gündəmə gətirilir.

ABŞ-ın bu iki təklifi arasında ziddiyyət varmı? Vaşinqton eyni vaxtda həm NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını, həm də Ukraynanın alyansa üzvlüyünü necə uzlaşdırmağı düşünür? Bu yanaşma əslində Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasına hesablanmış hansı geosiyasi planın tərkib hissəsi ola bilər?

Tofiq Abbasov: "NATO öz mövqeyindən geri çəkilməyəcək, Rusiya da Kalininqraddan qoşunlarını çıxarmayacaq"

Tofiq Abbasov: Qərbi Azərbaycana qayıdış məsələsi Avropa Şurasının gündəliyinə daxil edilməlidir - AZƏRTAC

Politoloq Tofiq Abbasov Qərb və Rusiya arasında Ukrayna müharibəsi ətrafında aparılan danışıqların perspektivləri, NATO-nun genişlənməsi və tərəflərin mövqeləri ilə bağlı "Bakı-Xəbər" qəzetinə müsahibəsində maraqlı fikirlər səsləndirib.

Politoloqun sözlərinə görə, Qərb siyasi elitasının, xüsusilə də ABŞ və onun anqlosaks müttəfiqlərinin beynəlxalq məsələlərə yanaşmasında dəyişməz tələblər irəli sürmək və həmin tələblərin reallaşmasına çalışmaq ənənəsi var: "Onların siyasi məsələlərə yanaşmasında vərdiş etdikləri və norma kimi qəbul etdikləri bir prinsip mövcuddur. Belə ki, ilk gündən irəli sürdükləri tələblərdən geri çəkilmirlər. Əgər NATO-nun müəyyən ərazidə mövcud olmasını və ya hansısa ölkənin alyansa qəbul edilməsini istəyirlərsə, nəyin bahasına olursa-olsun, buna nail olmağa çalışırlar. Dünyada ən çətin danışıqlar aparmaq məhz anqlosakslarla bağlıdır. Çünki onlar kompromisə getməyə elə də meylli deyillər. Əsas məqsədləri öz istəklərini reallaşdırmaqdır".

T.Abbasov hesab edir ki, Ukrayna ətrafında vəziyyətin mürəkkəbləşməsinin səbəblərindən biri də ABŞ və Avropanın yanaşmalarının tam üst-üstə düşməməsidir. Onun fikrincə, Donald Trampın NATO-ya münasibətində müəyyən narazılıqların olması alyans daxilində məsuliyyət bölgüsü məsələsini yenidən gündəmə gətirib.

Politoloq bildirir ki, Tramp Avropa ölkələrinin təhlükəsizlik xərclərinin böyük hissəsinin ABŞ tərəfindən qarşılanmasını ədalətli hesab etmir və Avropa dövlətlərinin öz müdafiələrinə daha çox vəsait ayırmasını istəyir. Bununla belə, ABŞ-ın NATO-nun yaradılmasında və Avropanın təhlükəsizlik sistemində əsas rol oynaması Vaşinqtonun qitədəki strateji maraqlarının dəyişmədiyini göstərir.

Ekspertin fikrincə, Ukrayna ətrafında danışıqlarda əsas problem tərəflərin bir-birinin mövqelərini qəbul etməməsidir. Rusiya NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir, Qərb isə alyansın indiki genişlənmə siyasətindən geri çəkilmək niyyətində görünmür.

T.Abbasov qeyd edib ki, NATO-nun 1997-ci il sərhədlərinə qayıtması və Rusiyanın Kalininqrad vilayətindən qoşunlarını çıxarması real görünmür: "İndiki məqamda inanmıram ki, NATO 1997-ci ilin sərhədlərinə qayıtsın, digər tərəfdən də Rusiya Kalininqrad vilayətindən öz qoşunlarını çıxarsın. Bir dəfə aldadılan tərəf ikinci, üçüncü dəfə eyni vəziyyətlə üzləşmək istəməz. Kalininqrad Rusiyanın strateji baxımdan mühüm ərazisidir. Rusiya rəhbərliyi oradan qoşunlarını çıxarmaq kimi addıma gedərsə, bu, ölkənin siyasi elitası və cəmiyyəti tərəfindən ciddi etirazla qarşılanar".

Politoloq xatırladıb ki, NATO-nun genişlənməsi ilə bağlı narazılıqlar Rusiya-Qərb münasibətlərində uzun müddətdir mövcuddur. Onun sözlərinə görə, 2008-ci ildə Buxarest sammitində Ukrayna və Gürcüstanın gələcəkdə NATO üzvü olacağına dair verilən bəyanatlar Moskvanın təhlükəsizlik narahatlıqlarını daha da artırıb.

T.Abbasov düşünür ki, hazırkı şəraitdə Ukraynanın NATO-ya qəbul edilməsi də real görünmür. O, tərəflərin danışıqlar zamanı əsasən qarşı tərəfin güzəşt imkanlarını və siyasi iradəsinin sərhədlərini müəyyənləşdirməyə çalışdığını bildirib.

Politoloq ABŞ-ın Ukrayna məsələsindəki mövqeyinin də dəyişdiyini vurğulayıb. Onun fikrincə, Vaşinqton artıq Avropanın təhlükəsizlik yükünü əvvəlki həcmdə öz üzərinə götürmək istəmir və hərbi yardımların maliyyələşdirilməsində Avropa ölkələrinin daha çox iştirakını tələb edir.

Ekspert hesab edir ki, Avropanın Ukraynaya dəstəyi davam etdirmək imkanları da müəyyən iqtisadi və siyasi məhdudiyyətlərlə üzləşir. Belə bir şəraitdə Kiyevin gələcək mövqeyi və Avropa ilə münasibətləri daha mürəkkəb xarakter ala bilər.

T.Abbasov ABŞ-ın Ukrayna ilə bağlı siyasətində yalnız Donald Trampın mövqeyinin deyil, Vaşinqtonun siyasi və institusional dairələrinin yanaşmasının da əhəmiyyətli olduğunu qeyd edib. Onun fikrincə, Amerika siyasi elitasında Rusiyaya münasibətdə köklü dəyişiklik gözləmək çətindir.

Politoloq əlavə edib ki, ABŞ, Rusiya və Çin arasında münasibətlərdə Ukrayna məsələsi ilə yanaşı, enerji təhlükəsizliyi, Hörmüz boğazı, texnologiyalar, yarımkeçiricilər və Tayvan kimi mövzular da mühüm yer tutur. Bu məsələlər böyük dövlətlərin strateji maraqlarına birbaşa təsir göstərir.

Onun qənaətinə görə, yaxın perspektivdə NATO-nun mövcud mövqelərindən geri çəkilməsi, eləcə də Rusiyanın strateji ərazilərlə bağlı güzəştlərə getməsi ehtimalı azdır. Ona görə də tərəflər arasında qarşıdurmanın diplomatik müstəvidə davam etməsi, eyni zamanda yeni gərginlik ocaqlarının yaranması riski qalır.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

Simonyan Azərbaycana gəlir...

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ