“Anadolu Ajansı”nın məlumatına görə, "35×35" adlandırılan bu qlobal öhdəliyə dövlətlərlə yanaşı, Avropa Komissiyası da daxil olmaqla iş dünyası və vətəndaş cəmiyyətini təmsil edən 94 təşkilat qoşulub.
Təşəbbüs qlobal son enerji istehlakında elektrik enerjisinin payını hazırkı təxminən 22 faiz səviyyəsindən 2035-ci ilədək 35 faizə yüksəltməyi nəzərdə tutur.
Hədəfə çatmaq üçün nəqliyyatda elektrikli avtomobillərə keçidin sürətləndirilməsi, binalarda istilik nasoslarından istifadənin artırılması və sənayedə qalıq yanacaqların elektriklə əvəzlənməsi planlaşdırılır.
Anadolu Agentliyinin məlumatına görə, təşəbbüsü dəstəkləyənlər arasında Almaniya, Böyük Britaniya, Norveç, Cənubi Koreya, İspaniya, Yaponiya, Danimarka, Kanada, Qırğızıstan və danışıqlara sədrlik edən Avstraliya yer alır.
Bu könüllü öhdəlik Dubayda (COP28) qəbul edilmiş qlobal bərpa olunan enerji tutumunun üçqat artırılması və qlobal istiləşmənin 1,5 dərəcə Selsi həddində saxlanılması səylərini dəstəkləyir.
İradə SARIYEVA