ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə gedib. Medianın məlumatına görə, onu Baoan hava limanında Çin Prezidenti Si Cinpin qarşılayıb.
ABŞ, Rusiya və Çin liderləri - Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında görüş 19 noyabr tarixinə planlaşdırılıb. "Kommersant" və "Vedomosti" qəzetlərinin məlumatına görə, bu, ilk dəfə belə danışıqların keçirilməsi olacaq.
Mənbələrə görə, Donald Tramp əvvəllər Ukrayna, İran ətrafındakı vəziyyəti və nüvəsizləşdirmə məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putin 18 noyabrda Şençjen şəhərinə gəldi və artıq Si Cinpinlə ikitərəfli danışıqlar aparıb.
Forumda Asiya-Sakit Okean regionundan 21 iqtisadiyyat iştirak edir. Çin 2026-cı ildə qrupa sədrlik edəcək və açıqlığa, innovasiyaya və əməkdaşlığa üstünlük verəcək.
İradə SARIYEVA